Səməd Vəkilov yazır: “Yurd həsrətli şəhidimiz Elşən Süleymanov”
Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzinin “Qərbi azərbaycanlıların yurd həsrəti: Salyana deportasiya” adlı layihə çərçivəsində araşdırmalarımız doğma yurdlarından çıxarılmış ailələrin qəribə taleləri ilə rastlaşırıq. Belə talelərdən biri də şəhid Elşən Süleymanovun taleyidir.
Avrasiya.net xəbər verir ki, Süleymanov Elşən Ziyəddin oğlu 2 iyul 1973-cü ildə Salyan rayonu Yolüstü kəndində anadan olmuşdur. 1980/1988-ci illərdə Yolüstü kənd tam orta məktəbində təhsil almış həmin ili (1988-ci ildə) Salyan rayonu 104 nömrəli Peşə məktəbinə Mexanik ixtisası üzrə təhsilini davam etdirmiş , 21 iyun 1991-ci ildə təhsil müəssisəsindən mexaniklik üzrə diplomunu almışdır. 1992-ci ildə Salyan RHK-dan Bakı şəhərinə hərbi xidmətə yollanmış, xidmətin bitirməsinə 3 ay qalmış könüllü olaraq cəbhəyə yollanmışdır. 7 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. İtkin düşdükdən 5 il sonra şəhidlik statusu almışdır.Bu şəhidimizin nisgilli taleyi haqqında qısa rəsmi məlumatlardır. Şəhid Elşən Süleymanovun doğulub böyüdüyü ailənin taleyinə baxdıqda isə kədər və qürurun bir yerdə ifadə olunduğu hissləri yaşamalı olursan. ![]()
Atası Süleymanov Ziyəddin Abdulla oğlu 1941-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Böyük Vedi kəndində dünyaya gəlib. Anası Süleymanova Hava Cabbar qızı 1946-cı ildə Dərələyəz mahalının Cul kəndində dünyaya gəlib.Hər ikisi ailəsi ilə birlikdə türk düşməni İ.Stalinin qərarı ilə 1950-ci ildə öz doğma yurdlarından deportasiya edilərək əvvəlcə Əli Bayramlıya oradan isə Salyan rayonuna köçməli olublar. 1968-ci ildə onlar ailə quraraq talelərini birləşdiriblər. Bu izdivacdan onların 4 qızları Cəvahir, Gülşən, Gülsarə, Gülüm adında qızları, Elşən və Rövşən adlı oğlanları olub. Daimi yurd həsrəti ilə yaşayan süleymanovlar ailəsində böyüyən Elşənin vətənpərvər ruhda böyüməsi təbii idi. O könüllü olaraq vətəni müdafiə etməyə getdi və bir ailənin oğlu olmaqdan xalqın oğluna çevrildi.
Məhz belə övladları hesabına vətənəmiz qalibbiyəti yaşaya bildi. Şəhidlər ölməz vətən bölünməz! Ruhun şad olsun şəhidim!
