Vahid Ələkbərov bir gündə 3,8 milyard itirdi
Rusiya milyarderləri ötən gün bazarın çökməsindən sonra ümumilikdə 39 milyard dollar itiriblər.
Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
Məlumata görə, ən çox itirən “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov olub:
“Fevralın 16-dan bəri rus milyarderləri 90 milyard dollar itirib. Rusiya fond bazarı ötən gün əsas hərracların nəticələrinə görə 33,28% dəyər itirib.
Cümə axşamı ən çox itki Vahid Ələkbərovda olub. Onun sərvəti 3,8 milyard dollar və ya 15,4% azalıb. “Severstal”ın əsas benefisiarı Aleksey Mordaşovun sərvəti 3,3 milyard dollar (11,3%) azalıb, ailəsi “Polyus” mədən şirkətinə nəzarət edən Süleyman Kərimov isə 2,6 milyard dollar (18,2%) itirib.
NLMK-nın əsas benefisiarı Vladimir Lisin 2,5 milyard dollar və ya 8,3% itirib. Faiz baxımından ən çox itirən “TCS Group”un təsisçisi Oleq Tinkovdur. Onun sərvəti 2 milyard dollar, yəni 52,2% azalıb.
“Norilsk Nikel”in əsas sahiblərindən biri Vladimir Potanin 1,9 milyard dollar və ya 7% itirib”.