Şəkidə dava: ölən var

Şəkidə baş verən bıçaqlanma hadisəsi nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 29-da saat 20:00 radələrində rayonun Baş Göynük kəndində qeydə alınıb.

Kənd sakini, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndliləri — 38 yaşlı Dəyanət Vahid oğlu Həşimova və 24 yaşlı Bünyad Gümrah oğlu Babazadəyə xəsarət yetirib.

Dəyanət Həşimov aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Bünyad Babazadə isə boyun nahiyəsindən xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Cinayəti törətməkdə şübhəli bilinən Paşa Yusibov polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər