BMT-nin Baş katibi Qazaxıstana səfər edəcək
Dərc olunub:
1-08-2025, 09:36
BMT-nin Baş katibi Antonio Quterriş avqustun 3-də Qazaxıstana səfər edəcək.
Avrasiya.net “Report”a istinadən xəbər verir ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək.
"Kasım-Jomart Tokayev və Antonio Quterriş Almatıda danışıqlar aparacaq, həmçinin BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzini ziyarət edəcəklər", - məlumatda bildirilib