star archive bad ca calendar cat coms dislike down down2 fav fb gp info left like login love mail od pass rel reply right search set share sort_down sort_up top tw up views vk votes cross phone loc ya

Orxus İctimai Ekoloji İnformasiya Mərkəzində qlobal iqlim dəyişikliyinim fəsadları müzakirə edilib

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “COP-29-un Qlobal Mirasının təhlili” layihəsinin icrası davam edir.

Layihə çərçivəsində iyulun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimai Ekoloji İnformasiya Mərkəzində növbəti dəyirmi masası keçirilib. Tədbirdə ETSN-nin, Səhiyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı nazirliklərinin, “Təmiz şəhər” ASC, SOCAR, Dövlət Statistika Komitəsinin, Neft və Sənaye Universiteti, Azərbaycan ETN-nin Fizika, Radiasiya Problemləri institutlarının təmsilçiləri, həmçinin QHT və media nümayəndələri iştirak ediblər.

“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri, layihənin eksperti, kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov mövzu barədə təqdimatla çıxış edib.
S.Həsənov bildirib ki, iqlimdə baş verən kəskin dəyişikliklər artıq hər yerdə hiss olunmağa başlayıb.
“Bir aydan artıqdır davam edən isti havalar artıq Kür çayına təsir edərək onun suyunun azalmasına səbəb olur. Temperatur artımı, istiləşmə efekti verən qazların artımının davam etməsi neftin istifadəsinin bir gündə 100 milyon barelə çatması onu göstərir ki, atmosferdə istixana qazlarının artımı davam edəcəkdir. BMT-nin İqlim dəyişmələri barədə Çərçivə Konvensiyasının COP-29 Tərəflər konfransı Azərbaycanda Bakı şəhərində 2024-cü ilin noyabr ayının 11-dən 22-nə planlaşdırılsada 24 noyabr saat 2:40-da yekunlaşmaqla keçirilmişdir. Tərəflər konfransında iqlimdə baş verən dəyişikliklərin azaldılması üçün inkişaf etməkdə olan ölkələrə 300 milyard (əvvəl 100 mld) maddi yardım ayrılması COP-29-un çox böyük nəticəsidir. Tərəflər konfransında iqlimdə baş verən temeperatur artımının Paris iqlim sazişinə görə 2oC keçməməsi və 1,5oC həddində saxlanılması üçün tədbirlər görmək öhdəlik kimi bir çox ölkələr tərəfindən götürülmüşdür”-deyə, o, bildirib.

S.Həsənov qeyd edib ki, layihə çərçivəsində qlobal iqlim dəyişmələri mövzusunda kitabça nəşr olunub və tədbir iştirakçılarına paylanılıb.

S.Həsənov kitabçada temperatur artımı və istixana qazlarının artım dinamikası qrafiklərində prosesin elmi izahı verilmiş və yaranan fəsadlar haqqında dünya mətbuatında, elmi dairələrdə aparılan tədqiqat işlərinin nəticələri həmin kitabçaya daxil edilib.
S.Həsənov təqdimatının hər slaydında, iqlim dəyişmələrinin səbəbləri, davamlılığı və ölkələrin gördüyü işlər barədə məlumatları tədbir iştirakçılarına təqdim edib.

Çıxış edən coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev təmsil etdiyi qurumda aparılan tədqiqat işlərindən, iqlim dəyişmələrinin coğrafiyasında baş verən dəyişikliklər haqqında danışıb.
Alim Xəzər dənizində suyun səviyyəsinin azalmasından danışıb:

“Bu, Volqa çayında suyun azalması ilə bağlıdır. Bu da o səbəbdən baş verir ki, Atlantik okeanından daxil olan hava lavaları gəlib Volqa çayına çatmır. Aparılan elmi qiymətləndirmələrə görə bu proses 2052-ci ilə qədər davam edəcək və paralel olaraq Xəzər dənizinin səviyyəsidə azalacaqdır. Biz hesab edirik ki, 2052-dən başlayaraq Atlantik lavalarının Volqa çayına çatması prosesi yenidən başlayacaq və ümidvarıq ki, bu kütlələrin Volqa çayına çatması dəniz səviyyəsinin artmasına səbəb olacaq”.

Coğrafiyaçı alim iqlimdə baş verən dəyişikliklərlə bağlı bir çox maraqlı faktlar barədə danışıb.
Layihənin aktuallığına diqqəti çəkən ETSN-nin beynəlxalq əlaqələr şöbəsindən Orxan Bayramov nazirlik tərəfindən görülən işlər barədə məlumat verib.
Onun sözlərinə görə, nazirlik Azərbycam dövlətinin götürdüyü beynəlxalq öhdəliklərə uyğun olaraq fəaliyyətini davam etdirir, yaşıllıq əraziləri salınır, qoruqlar hazırlanır və təbiətin mühafizə tədbirlərini genişləndirirlər.

Tədbirdə çıxış edən “Təmiz şəhər” ASC-nin ətraf mühit üzrə nümayəndəsi Elnur Əliyev tullantıların idarə edilməsi barədə görülən işlər və nəticələr barədə məlumat verib.

Joie
Joie от 1 avqust 2025 01:29
Peculiar article, totally what I needed.

Here is my blog; slot gacor
Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər