Rusiyanın ən böyük bankı Avropa bazarından çəkildi
Dərc olunub:
2-03-2022, 12:22
ABŞ-ın sanksiyalar siyahısındakı Rusiyanın ən böyük bankı "Sberbank" Avropa bazarından çəkildiyini açıqlayıb.
Bu barədə TASS məlumat yayıb.
“Mövcud şəraitdə “Sberbank” Avropa bazarından çəkilmək qərarına gəlib. Qrupun törəmə bankları qeyri-normal pul axını və işçilərin və filialların təhlükəsizliyinə qarşı təhdidlə üzləşib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, Rusiya Mərkəzi Bankının göstərişi ilə “Sberbank”ın Avropadakı törəmə banklarına likvidlik verilməyəcək.