11 ölkəyə sunami xəbərdarlığı edildi

iRusiyanın şərqindəki Kamçatka sahillərində 8.8 bal gücündə baş verən zəlzələdən sonra Amerika qitəsinin şərq sahilləri, Çin və Yaponiya üçün sunami xəbərdarlığı edilib, Rusiyada əhaliyə sahildən uzaq durmaq çağırışı olunub, ilk sunami dalğaları Kamçatka və Yaponiya sahillərinə çatıb və Fukusima Atom Elektrik Stansiyasındakı işçilər təxliyə edilib.

Rusiyanın Kamçatka Yarımadası sahillərində yerli vaxtla saat 03:25-də 19 kilometr dərinlikdə 8,8 bal gücündə zəlzələ baş verib və ardınca Rusiya, Çin, Yaponiya, ABŞ, Kanada, Çili, Peru, Meksika, Kosta Rika, Kolumbiya, Ekvador və Sakit Okean adaları üçün, dalğaların 3 metrə çata biləcəyi bildirilən sunami xəbərdarlığı edilib.

Rusiyanın bölgə qubernatoru Kamçatka açıqlarında baş verən və "son illərin ən güclüsü" kimi qiymətləndirilən zəlzələdən sonra çox sayda yaralının olduğunu, bir uşaq bağçasının zərər gördüyünü, sunami təhlükəsi elan edildiyini bildirərək əhalini sahil zonasından uzaq durmağa çağırıb və 2000 nəfərin yaşadığı Severo-Kurilsk şəhəri təxliyə edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər