ABŞ növbəti üç il yarım ərzində Aya enməyi planlaşdırır

ABŞ Donald Trampın prezidentlik müddətinin sonuna qədər, 3 il yarım ərzində astronavtların Aya endirilməsini həyata keçirməyi planlaşdırır.

"Report"un məlumatına görə, bu barədə nəqliyyat naziri - NASA-nın icraçı direktoru səlahiyyətlərini icra edən Şon Daffi bildirib.

"Gələn il biz Aya qayıtmağı planlaşdırırıq, biz Aya enmədən, Ayın ətrafında dövr edəcəyik. Bundan təxminən bir il sonra isə Aya enəcəyik. Bu, Donald Tramp [dövlət başçısı] vəzifəsində olarkən baş verəcək. Bundan sonra biz baza quracağıq, Ayda qalacağıq və orada əldə etdiyimiz biliklər bizə Marsa çatmağa kömək edəcək", - o "Fox News" telekanalına bildirib.

NASA 2019-cu ilin yazında 3 mərhələdən ibarət Artemis Ay proqramını elan edib. Birinci mərhələ (Artemis I) Orion gəmisinin Ayın ətrafında pilotsuz uçuşunu və Yerə qayıtmasını nəzərdə tuturdu. Uçuş 16 noyabr - 11 dekabr 2022-ci il tarixlərində baş tutub. İkinci mərhələ (Artemis II) heyətli gəminin Yerin təbii peykinin ətrafında dövr etməsidir. Üçüncü mərhələdə (Artemis III) NASA astronavtların Aya endirilməsini və onların Marsa göndərilməsini həyata keçirməyi planlaşdırır. İlkin olaraq Artemis II və Artemis III müvafiq olaraq 2022 və 2024-cü illərə planlaşdırılıb, lakin bu müddətlər dəfələrlə təxirə salınıb. Keçən ilin dekabrında NASA onları 2026-cı ilin aprel ayına və 2027-ci ilin ortalarına keçirdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər