Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükədir...

Minalar həm insanlar, həm də heyvanlar üçün təhlükə yaratmağa davam edir.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.

"Bu dəfə Kəlbəcər dağlarında Ermənistanın işğal dövründə quraşdırdığı piyada əleyhinə minanın qurbanı it olub. Xoşbəxtlikdən, Azərbaycan hərbi həkimlərinin operativ müdaxiləsi onun həyatını xilas edib", - Hacıyev yazıb.

O vurğulayıb ki, 2020-ci ildən bəri Ermənistanın quraşdırdığı minaların qurbanı 400-dən çox Azərbaycan mülki şəxsi və hərbçisi olub. "Bundan əlavə, illər boyu torpağın altında qalan minalar torpaq eroziyasına səbəb olur və yerli bitki örtüyünü məhv edir", - o əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər