Diplomat investorlara xidmətlə bağlı videokonfrans təşkil edibBƏƏ-in Bakıdakı səfirliyi müvəqqəti işlər vəkili Abdalla Alshamsi, Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Şükürov və Dubay Ticarət Palatasının Bakı ofisinin direktoru Sənan Nəsiblinin iştirakı ilə https://www.investemirates.ae/ saytında investorlara təqdim edilən xidmətlərlə bağlı videokonfrans vasitəsilə təqdimat təşkil edib.

Tədbirdə Azərbaycandan olan investorlar üçün Dubayla yanaşı, digər əmirliklərdə də mövcud olan biznes fürsətləri, eləcə də saytdan istifadə qaydası, güzəştlər, qanunlar, BƏƏ-dəki investisiya mühitinə dair digər məlumatlar verilib.

Məlumatın istinad linki https://twitter.com/uaeembassyaz
Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində Anlaşma memorandumu imzalanıbAzərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədənçilik sahəsində əməkdaşlığa dair İcra Sazişi çərçivəsində Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib ki, bu gün imzalanan Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sektorunun gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır: "Bilirsiniz ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sektorunda da qardaş Türkiyə ilə olduqca sıx əlaqələrimiz var. İmzaladığımız sənədlə iki ölkənin dağ-mədən şirkətləri ilə tərəfdaşlıq münasibətlərində yeni bir səhifə açılmış oldu.

Memoranduma uyğun olaraq, elmi-texniki əməkdaşlığa dair razılığa gəlindi. Sənəd yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və ya şirkətin yaradılması imkanlarını da araşdıracaq.

Əminəm ki, birgə əməkdaşlıq ölkəmizin sənaye əhəmiyyətli proqnoz resurslara malik filiz yataqlarının qiymətləndirilməsinə töhfə verəcək. Heç şübhəsiz, birgə aparacığımız tədqiqatlar gələcəkdə yeni investisiyaların cəlb edilməsi, yeni hasilat sahələrinin işə salınması ilə nəticələnək. Bu sənəd çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə beynəlxalq əməkdaşlığa da birgə töhfə verəcəyik".

SOCAR əməkdaşlarının maaşları artırılacaq - Rövnəq Abdullayev açıqladıDövlət Neft şirkətinin (SOCAR) əməkdaşlarının əməkhaqqı artırılacaq.

Avrasiya.net xəbər verir ki, bunu report-a açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

"Bizdə maaşlar mimum əməkhaqqının artırılmasına uyğun artırılır. Gələn ildən SOCAR-da maaşlarda yəqin ki, artım olacaq", - o qeyd edib.

Azərbaycanda minimum aylıq əmək haqqı artırıldıPrezident İlham Əliyev Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. Minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 6, maddə 1102) 1-ci hissəsi ləğv edilsin.

4. Bu Sərəncamın 1-ci və 3-cü hissələri 2022-ci il yanvarın 1-dən qüvvəyə minir
Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət etdiFövqəladə hallar naziri Kəmaləddin Heydərov mülk sahiblərinə müraciət edib.

Avrasiya.net xəbər veir ki, nazir mülk sahibləri və sahibkarların mülklərini sığortalamalı olduğunu bildirib.

"Ölkəmizdə bir neçə sığorta şirkəti var. Onların sığorta ilə bağlı məbləği də o qədər yüksək deyil. Dünya praktikası var. Buna hər bir vətəndaş əməl etsə, heç bir problemimiz olmayacaq", - nazir qeyd edib.
“AzerGold”un qızıl məhsullarının  satışında ciddi artım qeydə alınıb“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) fəaliyyətə başladığı gündən istehlakçıların böyük marağına səbəb olan Satış və mübadilə mərkəzində 1 dekabr 2021-ci il tarixinədək, ümumilikdə 1029.2 unsiya qızılın satışı həyata keçirilib. Nəticədə son 3 ay ərzində təkcə hədiyyə qismində deyil, sərfəli investisiya aləti kimi də istehlak olunan qızıl sikkə və külçələrin pərakəndə satışından dövriyyəyə 3.4 milyon manatdan çox vəsait cəlb edilib.

Müqayisə üçün qeyd edək ki, Səhmdar Cəmiyyət ötən ilin eyni dövründə pərakəndə satış bazarında cəmi 93.9 unsiya qızılın satışını həyata keçirmişdi. Belə ki, 2020-ci ilin sentyabr, oktyabr və noyabr aylarında onlayn sifariş və komissiya müqavilələri əsasında paytaxtda yerləşən müxtəlif satış nöqtələrində alıcılara təqdim edilən qızıl sikkə və külçələrin satışından ümumilikdə 435 min manat vəsait dövriyyəyə cəlb edilmişdi. Cari ilin eyni dövründə isə pərakəndə satışdan əldə edilən vəsait 87 faiz daha çoxdur.

Bu, 2021-ci il ərzində vergi və gömrük qanunvericiliklərinə edilən dəyişikliklər fonunda qiymətli məhsullara artan təlabətla əlaqadar olmaqla, daxili bazara yönəldilən qızılın həcminin artırılmasını labüd edib. Beləliklə, Səhmdar Cəmiyyətin hasil etdiyi qızılın bir hissəsinin daxili bazara yönəldilməsi şirkətin illik ixrac planına müəyyən qədər təsir etsə də, yeni sikkə və külçələrin istehsalı yerli pərakəndə bazarda kifayət qədər ciddi canlanmaya səbəb olub.

Xatıraladaq ki, “AzerGold” milli zərgərlik sənayesinin inkişafı istiqamətində həyata keçirilən islahatlara dəstək vermək məqsədilə cari ilin sentyabr ayında yerli qızıl xammalından istehsal edilən məhsulların ilk Satış və mübadilə mərkəzini istifadəyə verib. Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən mərkəzdə Cəmiyyətin 2019-cu ildən etibarən yerli pərakəndə bazara təqdim etdiyi 999.9 əyarlı, 5, 10, 20 qramlıq sikkə və külçələrlə yanaşı, çəkisi 1, 10 unsiya, 500 qram və 1 kiloqram olan yeni qızıl külçələr və fərqli dizaynlarda hazırlanan qızıl sikkələr satışa çıxarılıb. Mərkəzdə şirkət tərəfindən istehsal edilən məhsullar qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə ticarət olunur. Aparılmış bazar araşdırmalarına əsasən “AzerGold”un məhsulları yerli bazarda eyni kateqoriyadan olan məhsullarla müqayisədə ən sərfəli qiymətə təklif olunur.

Qeyd edək ki, satış mərkəzində məhsulların satışı ilə yanaşı həmçinin qızılın dünya birjasındakı cari qiymətinə uyğun gerialışı – mübadiləsi də təmin edilir.
İran Azərbaycan və Rusiya ilə elektrik şəbəkəsini sinxronizasiya etməyə hazırdırİran ölkənin elektrik şəbəkəsinin Azərbaycan və Rusiya şəbəkələrinə qoşulmasına hazırdır.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bunu İranın energetika naziri Əli-Əkbər Mehrabian Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə ilə görüşdə deyib.

O bildirib ki, ölkəsi İran və Azərbaycan arasında elektrik mübadiləsinin inkişaf etdirilməsinə və davam etdirilməsinə hazırdır: “İran, Azərbaycan və Rusiya arasında elektrik əməkdaşlığı üzrə araşdırma aparılıb və İran bu ölkələrlə elektrik şəbəkəsini sinxronlaşdırmağa hazırdır. Yay və qışda bu ölkələrin fərqli pik istehlakı dövrləri səbəbindən müxtəlif vaxtlarda ölkələrin elektrik ehtiyaclarını ödəmək üçün elektrik tranzitini artırmaq mümkündür”.

İran və Azərbaycan arasında su və enerji sahələrində uzun müddət davam edən münasibətlərə toxunan Ə.Mehrabian: “Azərbaycan, qaz hasilatı və elektrik enerjisi istehsalı daxil olmaqla, enerji sektorunda çox yaxşı nailiyyətlər əldə edib.

Qərbi Asiyanın enerji bazarındakı əsas oyunçulardan biri olaraq, İran indi bölgədəki böyük bir elektrik enerjisi təminatı mərkəzi kimi ortaya çıxır, çünki ölkə öz güc şəbəkəsini qonşu ölkələrlə sinxronlaşdırmaqda geniş əhatəli plana əsaslanır”.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayında ilk dəfə İran İraqın milli elektrik şəbəkəsi ilə enerji şəbəkəsini sinxronizasiya edib və indi Enerji Nazirliyi Rusiya və Azərbaycanın elektrik şəbəkələrini İran şəbəkələri ilə birləşdirməyi planlaşdırır.

Sentyabr ayında keçmiş energetika naziri Reza Ardakanian, İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkələrinin sinxronlaşdırılması üçün bir araşdırma layihəsinin Nazirliyi tərəfindən aparıldığını açıqlamışdı.

R.Ardakaniyanın sözlərinə görə, İran və Rusiyanın güc şəbəkələrinin sinxronlaşdırılması üçün iki mümkün marşrut var, bunlardan biri Ermənistan və Gürcüstan vasitəsilə, digəri isə Azərbaycan vasitəsilədir.

Azərbaycan vasitəsilə marşrut hazırda daha çox məqbuldur və İran bu ölkəyə daha çox meyllidir, çünki Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə 2019-cu ilin fevral ayında keçirilən görüşdə Ardakanian iki ölkənin elektrik şəbəkələrinin sinxronlaşacağını açıqlamışdı.
Tədavülə yeni 20 qəpik buraxıldıMərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılıb.

Mərkəzi Bankdan Avrasiya.net-ə verilən məlumata görə, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunub.

Yenilənmiş 20 qəpiklik pul nişanının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.
Rusiya və Hindistan dollardan imtina etdiRusiya və Hindistan silah müqavilələri bağlayarkən qarşılıqlı ödənişlərdə dollardan imtina ediblər, bütün ödənişlər rubl və rupi ilə həyata keçirilir.

Bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib.

“Ənənəyə görə, biz rahatlıq üçün bütün müqavilələrdə dollarla qeyd edirik. Real işdə isə “Rosoboroneksport” Amerika valyutası ilə hesablaşmalardan çıxıb. Hindistana gəlincə, bütün qarşılıqlı hesablaşmalar rubl və rupi ilə həyata keçirilir”, - deyə Mixeyev bildirib.
Nağd pula güvənməyin, yatırım edin! - Məşhur milyarderMəşhur amerikalı milyarder, investor Rey Dalio investorlara nağd pula güvənməmək barədə xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, məşhur milyarder nağd puldan qaçmaq lazım olduğunu bildirib.

"Beləliklə, bazarda qiymətləri dəyişə bilər. İnvestisiyaları necə balanslaşdıracağınızı bilirsinizsə, bu, ən vacib şeydir. Təhlükəsiz, balanslı bir portfeldə olun. Gəlirinizi azaltmadan riskinizi azalda bilərsiniz", - Dalio qeyd edib.

Dalio pulun nağd şəkildə saxlanılmasının əhəmiyyətli bir investisiya olmadığını və qızılda qiymət artımının davam edəcəyini bildirərək, investisiya yatırmağı tövsiyə edib