“Azərbaycan kikboksçuları beynəlxalq yarışlarda ölkəmizin adını şərəflə ucaldırlar”

Azərbaycan kikboksçularının beynəlxalq yarışlarda nailiyyətləri ölkədə idman hərəkatının daha da genişlənməsinə uğurlu təsir göstərir. Bununla həm də kikboksçularımız ölkəmizdə idman hərəkatına öz töhfələrini verirlər.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Azər Aslanov qeyd edib.

“Bu gün Azərbaycan kikboksçuarı ölkəmizin adını şərəflə ucaldırlar. Üçrəngli bayrağımızı zirvələrə qaldırırlar. Azərbaycan kikboksçuları ilk gündən ölkə rəhbərinin idman siyasətində fəallıqları ilə seçiliblər. Bundan sonra da belə olacaq. Çünki dövlətimizin idmana diqqət və qayğısı kikboksçularımıza böyük mənəvi-psixoloji dəstəkdir”.

A.Aslanov Azərbaycan Kikboksinq Federasiyası ölkənin idman hərəkatında xüsusi fəallığı ilə seçilən idman təşkilatlarından birinə çevrildiyini diqqətə çatdırıb.
“Şübhəsiz ki, kikboksinq ölkədə kütləvi idman növünə çevrilib. Klubların təlim-məşq toplanışlarında yüzlərlə kikboksçu iştirak edir. Onlar həm də gənc və yeniyetmə kikboksçulara stimul olurlar. Federasiya minlərlə üzvünü dövlətçilik, milli maraqlar, vətənpərvərlik ideyaları ətrafında birləşdirib”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər