"Best of India" Ticarət Sərgisi açılacaq
Best of India (Hindistanın ən yaxşıları) - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisi 2 sentyabr 2022-ci il tarixində açılacaq
ANM Exhibitions, (1965-ci ildə Hindistan Hökuməti, Ticarət Nazirliyi tərəfindən yaradılmış) Hindistan İxrac Təşkilatları Federasiyası və Hindistanın Bakıdakı Səfirliyi ilə birgə 2- 12 sentyabr 2022-ci il tarixlərində səhər saat 11:00-dən axşam saat 19:00-dək Bakıda, M. Hüseynov küçəsi (keçmiş Neftçilər prospekti) 26A ünvanında yerləşən Bakı İdman Sarayında Best of India - Hindistan məhsullarının ən böyük eksklüziv Ticarət Sərgisini təşkil edir. Xarici ölkələrdə ardıcıl olaraq təşkil olunan bu sərgi, Hindistan sənayesinin yüksək keyfiyyətli dəb, tekstil və həyat tərzi məhsullarını dünyaya tanıdır.
Hindistanın Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Vinay Kumar bildirib ki, “Best of India” sərgisinin doqquzuncu buraxılışı olacaq bu ilki sərgidə özünün düyü, çay, ədviyyat, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək Hindistanın 65-ə yaxın şirkəti iştirak edəcək.
Cənab Kumarın sözlərinə görə, tədbirin əsas marağı sərginin ilk üç günü saat 13:00-dən saat 16:00-ya qədər davam edəcək “Hindistan yaradıcılığı səhnədə” Ekslüziv canlı Dəb Nümayişi olacaq. Bütün bunlar ziyarətçilər üçün ödənişsiz təqdim olunacaq.
Ziyarətçilər tədbirin davam etdiyi günlər ərzində istənilən vaxt Hindistan Səfirliyinin stendində ödənişsiz olaraq Hindistan çayını dada bilərlər. Bundan əlavə, tədbir zamanı böyük LED ekranda Hindistanın turizm, mədəniyyət və investisiya imkanlarının təbliğatı məqsədilə Azərbaycan dilində subtitrlərlə videoların fasiləsiz nümayişi olacaqdır.
Cənab Kumar vurğulayıb ki, tədbirdə biznes və ticarətlə yanaşı, zəngin Hindistan mədəni irsinin xalq rəqsləri, Bollivud mahnılarının ifaları, ənənəvi alətlərdə ifa, xına (Mehndi) sənəti və s. vasitəsilə təmsil olunması da diqqət mərkəzində olacaq və bu da öz növbəsində “Best of India” tədbirinə əlavə dəyər qatacaq. Sərgiyə giriş ödənişsizdir.
Müqəvvət İşlər Vəkili cənab Kumar həmçinin qeyd edib ki, Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. 2022-ci ilin yanvar-iyul aylarında Hindistan və Azərbaycan arasında ümumi ikitərəfli ticarət dövriyyəsi ötən ilə nisbətən 169,1% artaraq 1,184 milyard ABŞ dolları təşkil edib. Bundan başqa, Hindistan və Azərbaycan arasında Hindistan Texniki və İqtisadi Əməkdaşlıq (İTEC) proqramı çərçivəsində də genişlənməkdə olan əməkdaşlıq mövcuddur. Bu proqram Azərbaycanın təcrübəli mütəxəssislərin və tələbələrin potensiallarınının artırılması üçün Hindistan dövlət qurumlarında bütün xərcləri qarşılanan təlim proqramları ilə təmin edir.