214 milyon manat ƏDV geri qaytarılıb
Dərc olunub:
29-04-2022, 14:57
Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il aprelin 1-nə qədər istehlakçılara 536 252 529 kassa çeki üzrə 213,9 milyon manatdan çox, təkcə bu ilin yanvar-mart aylarında isə 107 998 512 çek üzrə 42 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumatda bildirilib.
Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 1,7 milyona yaxın istifadəçi qeydə alınıb.