Sizin Reklam Burada

Azərbaycan, İran və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi

Azərbaycan, İran və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi22 avqust 2022-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, Gömrük general-leytenantı Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə 3 tərəfli görüş keçirilib.

Avrasiya.net-in məlumatına görə, görüşdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük general leytenantı Şahin Bağırov gömrük xidməti orqanlarının ilk 3 tərəfli tədbirinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu formatda belə görüş ilk olaraq keçirilir.

Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu qeyd edilib və hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşırılması üzrə Memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan -Rusiya marşurutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq.

Qeyd olunub ki, Azərbaycanın işgaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək.

Görüş zamanı vurğulanıb ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq.

Yekunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb və bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər