BƏƏ-nin Bakıdakı səfirliyində kreativ iqtisadiyyat mövzusunda onlayn görüş keçirilib
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində kreativ iqtisadiyyat mövzusunda onlayn görüş keçirilib.
Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə,
missiya rəhbərinin müavini cənab Abdalla AlShamsi qonaqları salamlayaraq qeyd etdi ki, müasir dünya dinamik inkişaf edir. Biz innovasiyaların, yeni biliklərin və yeni təcrübələrin şahidi oluruq. Bu baxımdan, kreativ iqtisadiyyat getdikcə daha çox iqtisadi artımın əsas aparıcı qüvvəsinə çevrilir.
Kreativ İqtisadiyyat sənayeləri incəsənət, dizayn, moda, kino, musiqi, ifaçılıq sənəti, nəşriyyat, media, televiziya və radio, tədqiqat və inkişaf, proqram təminatı, kompüter oyunları kimi sahələri əhatə edir.
“BƏƏ niyə kreativ iqtisadiyyatı dəstəkləyir? Çünki bunun sayəsində biz iş yerləri yarada, gənclərin və qadınların hüquqlarını genişləndirə, investisiya cəlb edə, biznesin asanlığını təşviq edə, beynəlxalq əməkdaşlığı dəstəkləyə və yaradıcı turizmi inkişaf etdirə bilərik,” –deyə Abdalla AlShamsi vurğulayıb.
O, əlavə edib ki, “BƏƏ uğurlu kreativ iqtisadiyyata malikdir: hökumət siyasəti, proqramlar, maliyyələşdirmə, siyasi və iqtisadi sabitlik, tolerant cəmiyyət, beynəlxalq səviyyəli infrastruktur, azad ticarət zonaları, təhsil və coğrafi mövqe.”
Sürətlə inkişaf edən təmiz texnologiya klasteri, biznes azad zonası olan Masdar City haqqında danışaraq, Abdalla AlShamsi Masdar şirkəti ilə Azərbaycan hökuməti arasında əməkdaşlığı qeyd edərək, bildirib ki, "Biz Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi olaraq inanırıq ki, Azərbaycan tərəfi ilə birlikdə kreativ iqtisadiyyatın perspektivlərindən istifadə edərək, ölkələrimiz arasında ikitərəfli əlaqələri genişləndirəcək və inkişaf etdirəcəyik.”
Görüşdə qonaqlar çıxış edərək, Azərbaycanda kreativ iqtisadiyyat və nailiyyətlər, həmçinin bu sahədə BƏƏ ilə əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi apardılar: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və monitorinq şöbəsinin rəisi cənab Mehman Hüseynov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Katibliyinin rəhbəri cənab Elmar İsayev, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İnnovasiyalar Agentliyinin Biznesin inkişafı və investisiyaların təşviqi şöbəsinin müdiri Sədi Eminov.