Sizin Reklam Burada

Azərbaycan İranla ticarət əlaqələrini genişləndirməyə çağırır

Azərbaycan İranla ticarət əlaqələrini genişləndirməyə çağırırAzərbaycan İran İslam Respublikası ilə ticarət əlaqələri və qarşılıqlı gömrük əməkdaşlığını genişləndirmək istəyir.

İRNA Agentliyinin verdiyi məlumata görə, bunu Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev İran-Azərbaycan Araz çayı sərhədində şıxışı zamanı bildirib.

O, bu səfərin iki ölkə arasında ticarət mübadiləsinin səviyyəsinin və dəyərinin artmasına səbəb olacağına ümidvar olduğunu bildirib.

İranın Gömrük İdarəsinin (İRİCA) rəhbəri Əlirza Müqəddasi isə bildirib ki, İran Azərbaycanla qarşılıqlı fəaliyyət və ticarət əməkdaşlığı İran rəsmiləri tərəfindən həmişə vurğulanıb.

O əlavə edib ki, Azərbaycanla ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin gömrük işçiləri arasında mövsümi görüşlər davam etdirilir.

Qeyd edək ki, Azərbaycanla İran arasında imzalanan “İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında anlaşma memorandumu”na uyğun olaraq Araz çayı üzərində salınacaq dəmir yolu və avtomobil körpüləri, eləcə də 55 kilometrlik yol beynəlxalq tranzit yükdaşımalarda da istifadə ediləcək. Bu yol Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin birləşməsində və nəqliyyat xətlərinin şaxələnməsində də mühüm rola malik olacaq.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart ayları ərzində Azərbaycan və İran arasında ümumi ticarət dövriyyəsinin həcmi 122 milyon 323 min ABŞ dolları təşkil edib. Bu, 2021-ci ilin ilk rübünün nəticələri ilə müqayisədə 21 milyon 48 min ABŞ dolları və ya 20,8 % çoxdur.

Bunun 8 milyon 442 min ABŞ dolları Azərbaycandan İrana ixrac təşkil edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 3 milyon 166 min ABŞ dolları və ya 60 % çoxdur.

Bu ilin ilk üç ayında Azərbaycan İrandan 113 milyon 881 min ABŞ dollarlıq məhsul və mal idxal edib ki, bu da 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 17 milyon 882 min ABŞ dolları və ya 18,6 % çoxdur.

Report

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər