ABŞ Rusiya neftinə embarqo qoyacaq
ABŞ Rusiya neftinə embarqo qoyulması planı üzərində işləyir.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentinin saytında canlı yayımlanan müraciətdə deyib.
“Mən bu axşam elan edirəm ki, biz müttəfiqlərimizlə Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayacağıq”, - Cozef Bayden qeyd edib.
“Putin indi dünyadan heç vaxt olmadığı qədər təcrid olunub", - ABŞ rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayətlərini araşdırmaq üçün xüsusi işçi qrup toplayır. “Biz Avropalı müttəfiqlərlə onların yaxtalarını, lüks mənzillərini, şəxsi təyyarələrini tapmaq və müsadirə etmək üçün birləşirik. Biz onların əyri yollarla qazandıqları pulların arxasınca gedirik”, - Bayden əlavə edib.