""Əsrin müqaviləsi" respublikamızın gələcək inkişafının əsl qarantıdır”“20 Sentyabr çağdaş Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan tarixi bir gündür. 1994-cü ilin 20 sentyabrında imzalanan “Əsrin müqaviləsi” nəinki ölkə iqtisadiyyatını tənəzzüldən xilas edərək, sıçrayışlı inkişafında müstəsna rol oynadı, eyni zamanda bir dövlət kimi varlığını qoruyub saxlamasında, təhlükəsizliyinin təmin edilməsində, geosiyasi, geoiqtisadi proseslərdə aktiv iştirak etməsində Azərbaycanın yeri və rolunu müəyyən etdi.

20 sentyabr eyni zamanda Azərbaycanın müstəqilliyinə olan təhlükələrin və müstəqilliyimizin geridönməzliyini müəyyən edən gün kimi də xarakterizə edə bilərik. Bu müqavilənin imzalanmasından sonra dövlət müstəqilliyimizə təhdidlər aradan qalxdı. Bu tarix həm də Azərbaycanın özünün və dünyanın, xüsusən də Avropanın enerji təhlükəsizliyinin, həmçinin təmin olunmasında, enerji, kommunikasiya, logistika mərkəzinə çevrilməsinin bünövrəsi qoyulduğu gündür. Bu ancaq və ancaq uzaqgörən, müdrik siyasətçi, dahi lider Heydər Əliyevin iradəsi nəticəsində mümkün olub”.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

Komitə sədri bildirib ki, “Əsrin müqaviləsi” çox mürəkkəb geosiaysi bir zamanda imzalanıb. “Dahi liderin siaysi iradəsi nəticəsində imzalan bu sənəddən sonra Azərbaycan dövlətçiliyinə olan təhdidlər aradan qalxmağa, siyasi, iqtisadi sabitlik yaranmağa başladı və ölkəmiz geridönməz xarakter alan bir inkişaf mərhələsinə qədəm qoydu. Belə demək mümkünsə bu günkü inkişaf dövrünün bünövrəsi həmin gün qoyuldu”, - komitə sədri qeyd edib.

Komitə sədri əlavə edib ki, Ulu öndər 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra qısa bir vaxtda "Yeni neft strategiyası" işlənib hazırlandı: “1994-cü ilin sentyabrın 20-də Azəri-Çıraq- Günəşli yataqlarının işlənməsi üzrə dünyanın 7 ölkəsinin 11 məşhur neft şirkəti ilə "Əsrin müqaviləsi" imzalandı. Bütövlükdə, "Əsrin müqaviləsi"ndən bugünkü günə qədər xarici neft şirkətləri ilə 26 neft sazişi imzalanmışdır. Bu sazişlərin nəticəsi olaraq Azərbaycanın neft-qaz sənayesinə milyardlarla dollar sərmayə qoyulub və qoyulmaqdadır ki, bu da respublikamızın gələcək inkişafının əsl qarantıdır”.

Millət vəkili bildirib ki, hazırda xalqımız bu sazişin bəhrəsini görməkdədir: “Bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan neft strategiyası onun layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət çağdaş dövrün tələb və şərtlərinə uyğun şəkildə yeni formada icra olunur. Cənab Prezident İlham Əliyev neftdən gələn gəlirləri xalqın sosial rifah halında yaşamasını təmin edilməsi üçün qeyri neft sektoruna yönəldib, ölkənin davamalı iqtisadi inkişafını təmin edilməsi istiqamətinə yönəltməklə yanaşı, digər enerji növü olan qaz faktorundan çox məharətlə istifadə etdi: “ Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siaysəti nəticəsində Azərbaycan bölgədə müxtəlif transmilli enerji, iqtisadi, logistika, kommunikasiya layihələrinin təşəbbüsçüsü olmaqla, Azərbaycan həmin layihələrin icrasında aktiv iştirakçı oldu. “Əsrin müqaviləsi” imzalanması ilə işə düşən “Azəri-Çıraq-Günəşli” yatağından sonra davamalı olaraq digər transmilli layihələr icrasına başlanıldı. Bakı-Tiflis-Ceyhan, Baki-Tiflis-Ərzurum qaz kəməri, TAP, TANAP, Cənub Beynəlxalq Qaz Dəhlizi, Bakı-Tiflis-Qars dəmiryolu, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlisi, “Qərb-Şərq” tarixi İpək yolunun bərpası və sair kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənərək, nüfuzunun artmasına, xalıqn rifah halında yaşamasına, gözlənilən təhlükələri aradan qaldırılmasına xidmət edən çoxsaylı layihələr icra olundu və olunmaqdadır. Prezident İlham Əliyevin enerji layihələrindən əldə olunan gəlirlərin imkanlarından istifadə etməklə dövlətimizin etibarlı formada inkişafını təmin edəcək qlobal çağrışlara çevik reakisya yürütdüyü siyasət nəticəsində Azərbaycan təkcə enerji qovşağına deyil, eyni zamanda nəqliyyat, transit yükdaşıma, kommunikasiya, logistika mərkəzinə çevrilib və bu istiqamətdə işlər uğurla davam etməkdədir. Bu layihələrin icrası Azərbaycanın gücünə və qüdrətinə əlavə güc qatmaqda, dünyadakı mövqeyinin möhkəmlənməsinə ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini verməkdədir”.
Komitə sədri onu da qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rola oynayan bu günün tarixi əhəmiyyətini nəzərə alan Ulu öndər Heydər Əliyevin 20 sentyabrı neftçilər günü kimi qeyd olunması barədə fərman imzalayıb.

20 Sentyabr - “Neftçilər Günü” münasibətilə Azərbaycan neftçilərini təbrik edir, onlara uzun, sağlam və mənalı həyat arzu edirəm!
Baş Nazirin müavini İran səfiri ilə görüşdüAzərbaycan Baş Nazirinin müavini, Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının həmsədri Şahin Mustafayev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, tərəflər iki ölkə arasında iqtisadi əlaqələr və əməkdaşlıq məsələlərini müzakirə etmək üçün ötən gün görüşüblər.

Görüşdə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi, ticarət sahəsindəki son vəziyyəti, birgə layihələr və iki dost və qonşu ölkə arasındakı əlaqələrin və əməkdaşlığın genişləndirilməsi yolları nəzərdən keçirilib.

İki saat davam edən görüş zamanı, tərəflər iki ölkə arasındakı birgə iqtisadi əməkdaşlıqla bağlı hazırkı prosesləri, inkişaf və maneələri müzakirə ediblər.

Həmçinin, çərşənbə günü İran və Azərbaycanın Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərləri arasında onlayn danışıqlar aparılıb.
"Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin yeni mərhələsi başlayır"Dövlət başçısının bu məsələyə dair ciddi iradəsi ortadadır. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin islahatlar kursu milli maraq və mənafelərimizə xidmət edir və bu islahatlar Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik, digər neqativ halların aradan qaldırılmasını prioritet kimi, əsas hədəflərdən biri kimi nəzərdə tutur. Məqsəd ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi nə nail olmaqdır.

Bunu Avrasiya.net-ə Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov bildirib.

Onun fikrincə, görünən budur ki, ölkə rəhbərinin bu məsələdə heç kimə güzəşt etmək fikri yoxdur. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən birmənalı şəkildə vurğuladı ki, bu gün ən vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır: "Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir”.

Partiya sədri bildirib ki, MHP olaraq cənab Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması istiqamətində tutduğu bu cür prinsipial mövqeyini alqışlayır və dəstəkləyirik: "Əminik ki, bundan sonra korupsiyaya qarşı mübarizə işi daha da səmərəli aparılacaq. Çünki korrupsiyaya qarşı mübarizə artıq keyfiyyətcə tamamilə yeni müstəviyə keçib. Hazırda dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, o cümlədən ictimai şuraların fəaliyyətinin genişləndirilməsi üçün önəmli tədbirlər görülür".

Sevindirici haldır ki, ölkə vətəndaşlarının da bu istiqamətdə görülən işlərə münasibəti, reaksiyaları adekvatdır. Belə ki, dövlət orqanlarının fəaliyyətində müşahidə olunan operativlik, ictimai rəyə, vətəndaşların problemlərinə həssas yanaşılması, bürokratik əngəllərə, korrupsiya, rüşvətxorluq və digər neqativ hallara qarşı kəskin mübarizə aparılması əhali tərəfindən təqdir olunur. İnsanlarımız ölkə başçısının məmurlara qarşı prinsipial mövqeyini rəğbətlə qarşılayır:

" Təsadüfi deyil ki, Prezident İlham Əliyev bu və ya digər yeni kadrları vəzifələrə təyin edərkən idarəetmə strukturlarındakı mövcud neqativ hallarla, məmur özbaşınalıqları ilə əlaqədar öz iradlarını onların diqqətinə çatdırır və yeni kadrlara bu cür hallara yol verməmələri barədə məsləhət və tövsiyələrini, ciddi tapşırıqlarını verir. Eyni zamanda onlara xəbərdarlıq edir ki, əgər yeni təyin olunanlar verilən tapşırıqları icra edə bilməsələr, cəzalanacaqlar. Prezidentin bu addımı artıq öz müsbət nəticəsini göstərməkdədir. Dövlətin və xalqın mənafelərinə zərər vuranların, hökumətin fəaliyyətinə kölgə salanların, vəzifə səlahiyyətlərindən sui-istifadə edənlərin sayı get-gedə azalır".

İnanırıq ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibinin fəaliyyəti də korrupsiya hallarının qarşısının alınması işinə öz töhfəsini verəcəkdir. Yeni tərkibin sentyabrın 15-də videoformatda keçirilən ilk iclasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Komissiyanın sədri Samir Nuriyevin öz çıxışında səsləndirdiyi fikirlər belə düşünməyimizə əsas verir. Belə ki, Komissiya sədri vurğuladı ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir:

"İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bu günədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib".

MHP sədri bildirib ki, korrupsiyaya, rüşvətxorluq hallarına qarşı mübarizə nə üçün vacibdir? Bu mübarizə nəyə görə dövlət siyasətinin prioritetinə çevrilib? Çünki korrupsiyanın, rüşvətxorluğun genişlənməsi ölkənin iqtisadi inkişafını əngəlləyir, çeşidli sosial layihələrin həyata keçirilməsinə süni maneələr yaradır, cəmiyyətin mənəvi sağlamlığını zədələyir:

"Cənab Prezident də məhz bu kimi məqamları nəzərdə tutaraq hər zaman vurğulayıb ki, korrupsiya, rüşvətxorluq halları ölkənin ümumilikdə inkişaf tempinə zərbə vurur. Ona görə də, korrupsiya, rüşvətxorluğun qarşısı mütləq alınmalıdır. Düşünürəm ki, ölkənin bütün siyasi qüvvələri bu prosesə dəstək verməlidirlər".
"Sumqayıt Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevrilib"Məzahir Əfəndiyev
Milli Məclisin deputatı

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etmişdir. Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tapşırıqların verilməsi iqtisadiyyatın dayanıqlılığını təmin etməkdədir.

21 dekabr 2011-ci il tarixli 548 nömrəli fərmanla Sumqayıt Kimya Sənaye Parkının yaradılması Sumqayıtı nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqazda ikinci sənaye mərkəzinə çevirmişdir.

2019-2020 – ci illərdə bir mlrd. manatdan artıq məhsul istehsal edilib ki, bunların da təqribən 33 faizi ixrac olunub, bu da öz növbəsində Azərbaycan iqtisadiyyatında Sumqayıt Kimya Sənaye Parkının xüsusi yerinin olduğunun bariz nümunəsidir.

Hal-hazırda həmin parkın ərazisində fəaliyyət göstərən müəssisələrdə altı minə yaxın insanın daimi işlə təmin olunması sosial sahədə də rifahın yaxşılaşmasına köməklik göstərir.

Nəzərə alsaq ki, iqtisadi siyasətin əsas hədəfi ölkədaxili tələbatın yerli istehsal vasitəsi ilə təmin olunmasını, habelə Azərbaycanda istehsal olunan malların ixracını təşkil etmək, Azərbaycan brendinin dünya bazarlarında qərarlaşması və yer tutmasıdır, bu halda atılmış addımların yaxın vaxtlarda müsbət nəticələrini görəcəyik.

Cənab Prezidentin Peşə Təhsili Mərkəzinin açılışında iştirakı bir daha onu göstərir ki, iqtisadi subyektlərin fəaliyyətində peşəkar kadrların hazırlanması, yeni müasir, innovativ yanaşmaların öyrənilməsində bu tədris müəssisəsinin xüsusi təsiri olacaqdır.

Eyni zamanda burada yeni iş yerlərinin yaradılması gənc nəslin xüsusi peşəyə sahiblənərək özlərinə asanlıqla konkret iş tapması Azərbaycan vətəndaşının həyat şəraitinə daha da yaxşı, müsbət təsir göstərəcəkdir.




Baş nazirin sədrliyi ilə növbəti iclas keçirildi - FotoAzərbaycan Respublikasının Baş Naziri, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda AİH-nin Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri iştirak ediblər.

İclasda Azərbaycan Respublikasının Prezidentinin 07 avqust 2020-ci il tarixli Fərmanından irəli gələn tapşırıqlar ətraflı müzakirə olunub.

Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təşkil olunması istiqamətində görülmüş işlər barədə hesabat dinlənilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 07 avqust tarixli 1120 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələri ilə bağlı təkliflər müzakirə olunub.

AİH-nin fəaliyyət prinsipləri və dövlət üçün iqtisadi dəyərin yaradılması mövzusunda təqdimat dinlənilib və müzakirələr aparılıb.
Əlcəzairin səfiri azad ticarət zonası ilə tanış olmaq istəyibSentyabr ayının 9-da Əlcəzair Xalq Demoktatik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlimə Abdelhaq Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri Valeh Ələsgərovla virtual görüş keçirib.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, görüş zamanı səfir xanım Səlimə Abdelhaq azad ticarət zonası ilə ətraflı tanış olmaq istəyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər üzrə müzakirələr aparılıb. Sonra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.
Əlcəzairin səfiri azad ticarət zonası ilə tanış olmaq istəyib
Nicat Muradzadə: “İstehlak malları üçün elektron ticarət platforması yaradıla bilər”Nicat Muradzadə

Koronavirusa yoluxma tendensiyasının dünyadakı son artış trendi pandemiyanın yeni fazaya qədəm qoyduğunu deməyə əsas verir. Müxtəlif peyvənd vasitələrinin ixtirasına dair xəbərlər mətbuatda dövr etsə də, mötəbər təşkilatlar hələ bir müddət də virusun həyatımızın tərkib hissəsi olacağında dair çoxsaylı proqnozlarla çıxış edirlər. Bu hal isə “2-ci və 3-cü dalğa” adlanan yeni mərhələlərin fonunda məhdudlaşdırıcı tədbirlərin davam edəcəyindən xəbər verir. Bu baxımdan, biznes ekosistemini istənilən üsul və vasitə ilə robustlaşdırmaqla, yaxın gələcəkdəki itkiləri minimallaşdırmaq, habelə informasiya kommunikasiya texnologiyalarının prosesə inteqrasiyası ilə biznes subyetklərini dayanıqlılaşdıraraq, onların vəziyyətə reaksiya potensialını adekvatlaşdırmaq mümkündür.

Pandemiya dövründəki müşahidələrə əsasən deyilə bilər ki, iqtisadi dövriyyənin minimallaşması nəticə etibarı ilə ən çox kiçik və orta sahibkarlıq subyektlərinə zərər verir. Bu subyektlərin sırasından, geyim ticarəti ilə məşğul olanlar üçün vəziyyət heç də ürəkaçan deyil. Şübhəsiz ki, 6 aydır davam edən karantin rejimi səbəbindən bütün sferalarda fəaliyyət göstərən müəssisələr bu və ya digər formada təsirlənirlər. Rəqəmlərlə ifadə etsək, koronavirusa görə Azərbaycan iqtisadiyyatı hər gün təqribən 120-150 milyon manat itirir. Lakin geyim sektorunun spesifikliyi, onun əsasən mövsümi məhsullar üzərində öz fəaliyyətini qurması, müəyyən istehlakçı seqmentinə xitab etməsi, əmtəə alğısında əvəzetmə prinsipinin mövcudluğu bu sahəyə əlahiddə diqqəti tələb edir. Son dövrlərdə olduqca geniş vüsət alan elektron ticarətin geyim sektoruna da sirayət etməsi perspektivdə yeni fürsətlər yaradır. Başqa sözlə, insanlar artıq heç bir fiziki mağazaya müraciət etmədən asanlıqla istədikləri məhsulu internet satış platformaları üzərindən satın alma imkanına malikdirlər. Bu nöqteyi-nəzərədən, onlayn ticarət vərdişi olan cəmiyyətlərdə, pandemiyanın biznes ekosisteminə, xüsusilə geyim ticarəti kateqoriyasına təsirlərini müəyyən mənada neytrallaşdırmaq daha asan oldu.

ABŞ-ın tanınmış biznes jurnalı “Fortune”un Türkiyə buraxılışının sentyabr seriyasında, elektron ticarət üzrə mütəxəssis N. Ahmadov, 2019-cu ildə azərbaycanlı istehlakçıların Türkiyə Respublikasında fəaliyyət göstərən elektron ticarət platformalarından satınalma həcminin təqribən 1 milyard Türk lirəsi, yəni 180 milyon ABŞ dolları səviyyəsində olduğunu bildirmişdir. Bu göstərici onu deməyə imkan verir ki, son dövlərdə Türkiyə Respublikasında yerləşən elektron ticarət platformalarından satınalma dövriyyəsində Azərbaycandan olan istehlakçıların payı nəzərəçarpacaq dərəcədə yüksəlib. Belə olan halda, artıq azərbaycanlı istehlakçılarda da qeyd etdiyim, onlayn alğı-satqı vərdişlərinin müəyyən mənada formalaşdığını demək üçün ciddi əsaslar yaranır. Nazirlər Kabinetinin qərarı ilə sözügedən qəbildən olan məhsullara müəyyən limitin tətbiqinə başlanılması isə ölkə daxilində bu sferada tamamilə yeni situasiyanı bərqərar etmişdir. Bu addım yerli platformaların meydana çıxması üçün kifayət qədər münbit zəminin şərtlənməsinə səbəb oldu. Lakin mövcud vəziyyətdə, real sektorun imkanları və baxış bucağı nəzərə alındıqda, dövlətin bura müdaxiləsinin zərurəti açıq-aşkar görünür.

İqtisadiyyat ziddiyətlər və fürsətlər toplusu, iqtisad elmi isə bu manelər arasından ümumi maraqlara xidmət edən ən optimal variant seçmə sənətidir. Azərbaycanın geyim sektorunun bu günkü vəziyyəti, pandemiyanın qeyri-müəyyənliyi və dayanıqlı elektron satış platformasının mövcud olmaması kimi faktorlar ziddiyət kimi görünsə də yuxarıda qeyd etdiyim dövlət müdaxiləsi tamamilə yeni fürsətlər yarada bilər. Burada müdaxilə dedikdə, maddi-texniki onlayn infrasturukturun və ödəniş sistemlərinin o cümlədən, loqistika şəbəkəsinin yaradılması və onun inzibatçılığı kimi proseslərin idarəedilməsi nəzərdə tutulur. Bu halda, Kiçik və Orta biznesin inkişafı Agentliyinin qəyyumluğunda, “Azərpoçt” MMC ilə əməkdaşlıq çərçivəsində yaradılacaq elektron satış platforması ilkin dövrdə əsasən geyim sektorunu əhatə etməklə, alıcılarla satıcılar arasında şərti bir bazar rolunu oynaya bilər. Nəzərə alsaq ki, son dövrdə “Azərpoçt” MMC-nin xidməti fəaliyyət istiqamətləri innovativ üsullarla tənzmilənir, o zaman loqistika və ödəniş məsələlərində müvəffəqiyyət nöqteyi-nəzərindən sözügedən qurumun potensialından istifadə üçün geniş imkanlar vardır.

Qonşu ölkələr e-ticarət platformlarının fəaliyyətindən olduqca ciddi gəlir əldə edirlər. Məsələn, 2019-cu il üçün e-ticarətin həcmi Rusiya Federasiyasında 19,56 milyard, Türkiyə Respublikasında isə 24,28 milyard ABŞ dolları olmuşdur. Türkiyə Respublikasının e-ticarət həcminin 2,46 milyard dollarlıq qismi geyim, ayaqqabı və aksesuar satışının hesabına formalaşmışdır. Buna əlavə olaraq, qardaş ölkənin təcrübəsinə əsasən deyilə bilər ki, bu qəbildən olan platformaların fəaliyyətinin qısa zaman kəsiyində geniş vüsət alması üçün təklif artıqlığının mövcudluğu müstəsna əhəmiyyət kəsb edir. Karantin rejiminin fonunda geyim satışının minimallaşdığını və əksər mağazaların anbarlarının dolu olduğunu nəzərə alsaq, ölkəmizdə də qardaş ölkədə olduğu kimi e-ticarət tendesiyasının yayğınlaşması üçün endemik mühitin formalaşdığını demək mümkündür.

Respublikamızda platformanın bütün təşkilati, loqistika və ödəmə məsələləri KOBİA tərəfindən digər müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində həll edilərsə və bu platformanın biznes əməliyyatları bütövlükdə, “Ümumi Keyfiyyət İdarəetməsi” prinsipləri əsasında formalaşdırılarsa, orta dövrdə həm azərbaycanlı sahibkarların böhrandan qazanclı çıxması təmin edilə, həm də Azərbaycanda rəqəmsallaşmanın inkişafına çox ciddi töhfə verilə bilər. Növbəti mərhələdə isə bu platformanın əhatə dairəsi elektronikadan gündəlik tələbat məhsullarına qədər genişləndirilə bilər. Qonşu Rusiya Federasiyasında və Türkiyə Respublikasında bunun bir çox uğurlu nümunəsi mövcuddur. İstənilən halda, koronavirusun hələ uzun müddət özünün neqativ təsirləri ilə həyatımızın tərkib hissəsi olacağı aşkardır. Onun yaradacağı böhran və kataklizmlər isə müasir dövrdə bəşər övladının ən vacib sınaqlarından hesab edilə bilər. Albert Eynşteyn “Hər böhranın ortasında böyük bir fürsət var” dedikdə, zənnimcə bu tip situasiyaları nəzərdə tutmuşdur. Bu baxımdan, ölkəmizin geyim sektorunda yaranmış böhranı fürsətə çevirmək üçün elektron satış platformasının yaradılması proseslərin müsbət istiqamətdə inkişafına rəvac verə bilər.

Azərbaycan körfəz ölkələrinə çıxış əldə edəcəkAzərbaycan Ərdəbil-Miyana dəmir yolu vasitəsilə körfəz ölkələrinə çıxış əldə edəcək.

Avrasiya.net xəbər verir ki, bu sözləri İranın Şəhərsalma və Yollar naziri Məhəmməd İslami deyib.

O bildirib ki, bu məqsədlə Ərdəbil vilayətinin administrasiyası xüsusi büdcə ayırıb. Yaxın zamanda Azərbaycan ilə sərhəd regionunda yerləşən Parsabad şəhərindən Ərdəbilə də dəmir yolu xətti çəkiləcək. Parsabad-Ərdəbil-Miyana dəmir yolu Azərbaycanı ilə körfəz ölkələri arasında nəqliyyat əlaqəsi yaradacaq.

Nazir onu da nəzərə çatdırıb ki, tərəflər Rəşt-Astara dəmir yolu xəttinin inşasında əməkdaşlıq edirlər. Onun sözlərinə görə Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xəttinin çəkilişi ilə iki qonşu və dost dövlətin dəmir yolları birləşib.
Elektron xidmətlərin tətbiqi vətəndaşların məmnunluğunu artırıb Elektron xidmətlərin əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arasında olan münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətin artırılmasında başlıca məqsəd, dövlət qurumları tərəfindən göstərilən xidmətlərdən vətəndaşların məmnunluğunu artırmaqdır. Vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi portallar vasitəsilə tətbiq edilir.

Bu gün dünyada idarəetmənin və xidmətlərin elektron hökumətlər vasitəsilə həyata keçirilməsi sürətlə genişlənir. Bu sırada Azərbaycan da qabaqcıl ölkələr sırasında olmaq istiqamətində mühüm addımlar atır. Hazırda Azərbaycanda beynəlxalq təcrübəyə əsaslanaraq yaradılmış elektron hökumət vasitəsilə yüzlərlə əməliyyatlar həyata keçirilir. Bu xidmətdən demək olar ki, bütün dövlət qurumları istifadə edirlər. Qarşıya qoyulan əsas hədəf elektron qaydada həyata keçirilən xidmətlərin çeşidini maksimum artırmaqdan ibarətdir.

Elektron xidmətlərin həyata keççirilməsi sahəsində ən yaxşı təcrübə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti departamentinə aiddir. Elektron vergi xidmətlərini həyata keçirmək məqsədilə yaradılmış “İnternet Vergi İdarəsi” portalında elektron xidmətlərdən istifadə etməklə bağlı bütün təlimatları almaq mümkündür. Hal hazırda vergi ödəyicisi yaratdığı elektron kabinet vasitəsilə 60-dan çox xidmətdən elektron qaydada istifadə etmək imkanına malikdir və bu xidmətlərin əhatə dairəsi getdikcə daha da genişləndiriləcəkdir.

Vergi sistemində 2019-cu ilin yanvar ayından başlanan islahatlar və və parallel olaraq vergi xidmətlərinin elektronlaşdırılması, ölkədə kölgə iqtisadiyyatının sürətlə azalmasına gətirib çıxartdı. Bunu faktlar daha yaxşı təsdiq edir. Belə ki, vergi və gömrük sistemində aparılan islahatlar nəticəsində ötən 2019-cu ildə büdcəyə əlavə olaraq bir milyard manat vəsaitin daxil olması təmin edilib. Kölgə iqtisadiyyatının aradan qalxdığını təsdiq edən konkret faktlar isə islahatlar nəticəsində vergi ödəyicilərinin sayının kəskin artmasında öz əksini tapır. İqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədilə özəl sektorun vergi yükünün əsaslı şəkildə azaldılması və vergi xidmətlərinin elektronlaşması son nəticədə iqtisadiyyatın kölgədən çıxarılmasına öz töhvəsini verdi. Bu prosses 2020-ci ildə də davam edir.

Koronavirus pandemiyasının dünya iqtisadiyyatına yaşatdığı problemlər fonunda demək olar ki, dünyanın bütün ölkələrində iqtisadiyyat resessiya yaşayır. Bu sırada Azərbaycan da var. Lakin Azərbaycan iqtisadiyyatında bu dönəmdə belə 2019-cu ilin əvvələrindən start verilmiş islahatlara uyğun iqtisadiyyatın şəffaflaşması prossesi davam edir. Bunu konkret olaraq ölkənin qeyri-neft sektorunda elektron qaimə ilə rəsmiləşən dövriyyələrin həcminin artım templəri bir daha sübut edir. Belə ki, ötən ilin 5 ayına nisbətən cari ilin 5 ayı ərzində qeyri-neft Ümumi Daxili Məhsulunun həcminin 2,1% azalmasına baxmayartaq, elektron qaimə ilə rəsmiləşən dövriyyənin həcmi 6,8 faiz artmışdır. İqtisadiyyatda azalmaların baş verdiyi bir dönəmdə bu göstəricinin artması bilavasitə dövriyyələrin şəffaflaşması prossesinin davam etməsi nəticəsində mümkün ola bilib.

Ölkə iqtisadiyyatının ayrı ayrı sahələrində bu rəqəm ötən ilin eyni dövrü ilə müqaisədə 15%-ə qədər yüksəlib. Müqaisə olunan dövrdə özəl sektor üzrə əlavə dəyər vergisinin depoziti hesabına mədaxil də 6,8 faiz artıb, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığı isə ötən ilin 1 iyun tarixi ilə müqayisədə 39,2 faiz artmışdır. Bütün bu göstəricilər bir daha sübut edir ki, Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq Azərbaycan iqtisadiyyatında şəfaflaşma prossesi sürətlə davam edir və bu bizə əsas verir deyək ki, postpandemiya dönəmində iqtisadiyyatda daha uğurlu nəticələrin qazanılmasının əasaları kifayət qədər möhkəm olacaqdır.

Fikrət Yusifov
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor