İsrail ordusu "Hizbullah" ın 70 silahlısını məhv etdi
Dərc olunub:
23-10-2024, 09:39
İsrail ordusu ötən sutka ərzində Hizbullahın 70 silahlısını zərərsizləşdirib.
Məlumatı İsrail ordusunun mətbuat xidməti yayıb.
Qeyd olunub ki, silahlılar Livanın cənubunda əməliyyatlar zamanı öldürülüb.
Ötən iki sutka ərzində Hizbullahın 3 komandirinin məhv edildiyi də vurğulanıb.