Sizin Reklam Burada

Misir mediası azərbaycanlı alimin simpoziumda çıxışını geniş işıqlandırıb

Misir mediası azərbaycanlı alimin simpoziumda çıxışını geniş işıqlandırıbMisir-Azərbaycan Dostluq Cəmiyyəti və Misirdəki Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovun Misir Jurnalistlər Sindikatında keçirilən “Misir və Azərbaycan: əməkdaşlıq perspektivləri və növbəti iqlim sammiti” adlı simpoziumda çıxışı yerli mətbuatda geniş işıqlandırılıb.

Tədbirə moderatorluq edən Jurnalistlər Sindikatı Xarici Əlaqələr Komitəsinin sədri Hüseyn Əl-Zənati azərbaycanlı alim və diaspor sədrinin uzun illərdən bəri Misirdə həyata keçirdiyi elmi, mədəni və ictimai fəaliyyətləri ilə tanındığını və jurnalistlər arasında böyük hörmətə malik olduğunu qeyd edib.

Yerli medianın yazdığına görə, S.Nəsirov Misirlə Azərbaycan arasında əlaqələrin əsrlər boyu yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, orta əsrlərdə Misir tayfaları Azərbaycana köçüblər. Bu faktı böyük tarixşünas alim İbn Əl-Fəqih özünün “Əl-Buldan” (“Ölkələr”) adlı əsərində yazıb.

Tədbir iştirakçıların ən çox diqqətini çəkən məqamlardan biri də Azərbaycanda uşaqlara Misir və Qahirə adlarının qoyulması barədə məlumat olub. S.Nəsirov diqqətə çatdırıb ki, xalqlarımız arasında dostluq münasibətlərinin qədim tarixinin daha bir bariz nümunəsi “Koroğlu” dastanında “misri qılınc” xatırlatmasıdır.

Məqalələrdə diqqətə çatdırılıb ki, azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən söhbət açan tədqiqatçı-alim Misiri işğaldan azad edən Səlahəddin Əyyübinin əslən azərbaycanlı olduğuna dair ərəb mənbələrinin yekdil fikirdə olduğunu qeyd edib. O, eyni zamanda, Misirin baş həkimi Fəthullah İbn Nəfis və baş hakim Əfzələddin əl-Xoncinin əslən azərbaycanlı olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Ərəb mediasının yazılarında Misir-Azərbaycan Dostluq Cəmiyyətinin fəaliyyətindən də geniş bəhs olunub. Bildirilib ki, Cəmiyyətin fəaliyyətinin əsas məqsədi xalqlar arasında dostluğun möhkəmləndirilməsi, elm, mədəniyyət və din sahələrində əlaqələrin inkişafı, habelə tələbələrə sosial xidmətlərin göstərilməsidir. Burada Azərbaycan və ingilis dilləri, “Qurani-Kərim”in qiraətləri, ərəb dilinin qrammatikası və ədəbiyyat, bəlağət və məntiq elmi, xəttatlıq, dekorasiya, xalçaçılıq və muğam sənəti tədris olunur. Hazırda Cəmiyyətin nəzdindəki kurslarda 57 ölkədən 600-dən çox gənc müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.

S.Nəsirovun çıxışının icmalı Misirin “gomhuriaonline.com”, “alwafd.news”, “almasryalyoum.com”, “aldiplomasy.com”, “elalmelarby.com”, “alan-eg.com”, “nahr-alamal.com”, “raiaam.com”, “alarb24.com” və digər qəzet və portallarında dərc olunub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər