Deputat komitənin iclasında maliyyə amnistiyasından danışıb

Deputat komitənin iclasında maliyyə amnistiyasından danışıbBu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda komitənin rəhbəri Tahir Mirkişili (Tahir Mirkishili) 2020-ci ildəki fəaliyyətə dair geniş hesabatla çıxış etdi və 2021-ci ilin yaz sessiyası üçün iş planı haqqında məlumat verdi. Həmkarlarımızın iştirakı ilə hesabat ətrafında müzakirələr aparıldı, qarşıdakı fəaliyyət üçün bir sıra təkliflər verildi.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, Vətən müharibəsində qazandığımız qələbə komitə müzakirələrinin də əsas mövzularından oldu. Həmkarlarımızın çoxsaylı təkliflərinin böyük qismi işğaldan azad olunmuş torpaqlarımızın bərpası və infrastruktur layihələrinin həyata keçirilməsinə həsr olunmuşdu. Bu təkliflərin hər biri əlbəttə ki, daha detallı şəkildə müzakirə olunacaq.

Komitə iclasında mən də təkliflə çıxış etdim. Bu gün Qarabağımıza ediləcək investisiya, onun miqdarı və təmayülü ən çox müzakrə edilən məsələlərdəndir. Biz bilirik ki, dövlət sərmayesi ilə yanaşı özəl sfera və xarici kapitalın da bu prosesdə payı olacaq.

Dünyanın bir sıra ölkələrində maliyyə amnistiyası təcürbəsi mövcuddur. Fikrimcə, maliyyə amnistiyası nəticəsində biz həm özəl sektora dəstək verə bilərik, həm də qanuni müstəviyə çıxmış maliyyə kütləsinin torpaqlarımızın bərpası istiqamətində sərf olunmasına şərait yaratmış olaraq. Eyni zamanda, leqallaşan vəsaitdən dövlət büdcəsinə müəyyən ödəmələr də edilə bilər. Fikrimcə, qarşıdakı fəaliyyət müddətində “Maliyyə amnistiyası haqqında” qanun layihəsinin hazırlanması istiqamətində müzakirələr aparıla bilər.

Sonra "İşsizlikdən sığorta haqqında" və "Dövlət rüsumu haqqında" Qanunlarda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələri (birinci oxunuş) müzakirə edildi.

#MilliMəclis #Deputat #ElnurAllahverdiyev