Sizin Reklam Burada

Əli Əsədov benzinlə bağlı qərar imzaladı

Əli Əsədov benzinlə bağlı qərar imzaladıNazirlər Kabineti 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar ölkədə avtomobil benzinlərinə artan tələbatın ödənilməsi və daxili bazarın yüksək ekoloji normalara cavab verən yanacaq məhsulları ilə təmin edilməsi məqsədi ilə verilib.

Qərara əsasən, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısının 2-ci hissəsi dəyişdirilib. Belə ki, indiyədək həmin hissədə mallara (işlər, xidmətlər) xam neft və neftdən emal olunan əsas məhsullar (idxal olunan ekoloji norması avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinləri istisna olmaqla) aid olub.

Dəyişikliyə əsasən, həmin hissəyə xam neft, Aİ-92 markalı avtomobil benzini, dizel yanacağı və bitum daxil edilib.

Bu Qərar 2021-ci il 5 yanvar tarixindən qüvvəyə minir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər