İşləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdur

İşləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdurİqtisadiyyatda fəal iştirak edənlərin cəmi 36,3 faizi əmək müqaviləsi ilə çalışır.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasında deyib.

O qeyd edib ki, hazırda əmək müqaviləsi ilə çalışan vətəndaşlarımızın sayı 1 milyon 781 min nəfərdir:

"Onlardan 863,2 min nəfəri dövlət, 918,2 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Əmək qabiliyyətli vətəndaşların sayı 5 milyon 195 min nəfərdir. Onlardan 4 milyon 900 mini iqtisadiyyatda fəal şəkildə iştirak edir. Bu da o deməkdir ki, bu gün çalışan vətəndaşların cəmi 36,3%-i əmək müqaviləsi ilə çalışır.

Eyni zamanda bu gün iqtisadiyyatda fəal olan, yəni işləyən vətəndaşların 64%-nin əmək müqaviləsi yoxdur. Yəni çalışan hər 100 vətəndaşın 64-ü müqavilə olmadan işləyir. Yeni dəyişikliklərin əmək müqaviləsi ilə çalışanların sayının artırılmasına xidmət etməsi vacibdir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər