Ən çox qızıl alan ölkələr - Azərbaycan neçəncidir?
2020-2025-ci illəri əhatə edən dövrdə dünya üzrə Mərkəzi Bankların qızıl ehtiyatlarında əhəmiyyətli dəyişikliklər qeydə alınıb.
“World of Statistics” xəbər verir ki, bu müddət ərzində qızıl alışını ən çox artıran ölkələr siyahısında Azərbaycan 6-cıdır.
Statistikaya əsasən, ən çox qızıl alan ölkə Çin olub. Çin son beş ildə qızıl ehtiyatlarını 357,1 ton artırıb. İkinci yerdə 314,6 ton artımla Polşa, üçüncü pillədə isə 251,8 tonla Türkiyə qərarlaşıb.
Məlumata görə, Azərbaycan Mərkəzi Bankı 2020-2025-ci illər ərzində qızıl ehtiyatlarını 83,6 ton artıraraq ən çox qızıl alan ölkələr sırasında 6-cı mövqedə qərarlaşıb.
Yuxarıda adı çəkilən ölkələrdən əlavə, siyahıda Hindistan (+245,3 ton), Braziliya (+105,1 ton), Yaponiya (+80,8 ton), Tailand (+80,6 ton), Macarıstan (+78,5 ton), Sinqapur (+77,3 ton), İraq (+74,6 ton), Qətər (+73,0 ton), Çexiya (+62,8 ton), Rusiya (+55,4 ton) və Birləşmiş Ərəb Əmirlikləri (+51,7 ton) də 2020–2025-ci illərdə Mərkəzi Bankların qızıl ehtiyatlarını artıran ilk 15 ölkə sırasında yer alıb. (Modern.az)
