Keçmiş nazirin villası satıldı: Pulu dövlətə qaytarılacaq
Dərc olunub:
Bu gün, 04:15
Ermənistan Respublikasına keçmiş maliyyə naziri Qaqik Xaçatryanın Los-Ancelesdəki malikanəsinin satışından əldə edilən gəlirin böyük hissəsi dövlətə geri qaytarılacaq.
Avrasiya.net Modern.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş Prokurorluğu açıqlama yayıb.
Bildirilib ki, Ermənistan tərəfinin tələbi ilə Amerika məhkəməsi tərəfindən müsadirə edilən Xaçatryanın malikanəsi əvvəllər 36 milyon dollara satılmışdı.
Qeyd edək ki, Qaqik Xaçatryan 2014-cü ildən 2016-cı ilə qədər Ermənistanın maliyyə naziri vəzifəsində çalışıb və bundan əvvəl, 2008-ci ildən 2014-cü ilə qədər respublika hökuməti yanında Dövlət Gəlirləri Komitəsinə rəhbərlik edib.
