Səudiyyə Ərəbistanının iqtisadiyyatı 2025-ci ilin üçüncü rübündə 4,8% artıb

Səudiyyə Ərəbistanının real ümumi daxili məhsulu (ÜDM) 2025-ci ilin üçüncü rübündə 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,8% artıb.

Avrasiya.net ölkənin yerli mediafına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Baş Statistika Qurumunun (GASTAT) məlumatına görə, bu artım bütün əsas iqtisadi sektorlardakı irəliləyişlərlə bağlıdır. Neft sektoru illik müqayisədə 8,3%, qeyri-neft sektoru 4,3%, dövlət sektoru isə 1,4% artıb.

Hesabata görə, Səudiyyə Ərəbistanının mövsümi təsirlərdən təmizlənmiş real ÜDM-i 2025-ci ilin ikinci rübü ilə müqayisədə 1,4% artıb.

Rüblük müqayisədə neft sektoru 3,3%, qeyri-neft sektoru 0,6%, dövlət sektoru isə 1,1% artıb.

Bildirilir ki, iqtisadiyyatın əksər sektorları illik müqayisədə müsbət artım nümayiş etdirib. Neft emalı sektoru 2025-ci ilin üçüncü rübündə ən yüksək artımı nümayiş etdirib - illik müqayisədə 11,9% və rüblə müqayisədə 3,9%.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər