İdmançılara hərbi xidmətdən möhlət istənilir

“Federasiyalar adından bir problemi diqqətə çatdırmaq istəyirəm. Müəyyən yaşa qədər idmançılar sistemdə qalır, lakin 17 yaşdan sonra, məktəbi bitirdikdə bir qismi ali məktəbə qəbul olunub təhsilini davam etdirir, digər qismi isə hərbi xidmətə yollanır. Halbuki dünya və Avropa çempionatlarında iştirak etmək də vətənə xidmətdir”.

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüş zamanı Azərbaycan İdman Akademiyasının rektorunun müşaviri Fərid Mansurov deyib.

O qeyd edib ki, həmin idmançıları 17 yaşdan sonra itirirmiş olurlar:

“Dünya və Avropa çempionatında fərdi idman növlərində hər çəki dərəcəsində əsasən bir idmançı iştirak edir. Nəticə qazanan idmançı, adətən, imtiyazla Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olunur, lakin digər perspektivli atletlər sistemdən kənarda qalır. Onlar hərbi xidmətə getdikdə isə biz faktiki olaraq həmin idmançını itirmiş oluruq. Bu da peşəkar idmanda rəqabətin zəifləməsinə, ardıcıl nəsil dəyişiminin pozulmasına gətirib çıxarır”.

“Nəticədə bəzi federasiyalar, xüsusilə nəticə verən aparıcı federasiyalar, məcbur qalaraq legioner idmançılara müraciət edirlər. Bu məsələ qanunvericiliklə müəyyən meyarlar və limitlər çərçivəsində tənzimlənsə, aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış mexanizm qurulsa, daha səmərəli nəticə əldə etmək olar”.

“Biz deyirik ki, təhsildə idman olmalıdır – bu, mütləqdir. Amma eyni zamanda idmanda da təhsil olmalıdır”- o sonda qeyd edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər