Xəzərdə köməksiz qalan azərbaycanlılar xilas edildi - Foto

Xəzər dənizində köməksiz vəziyyətdə qalan azərbaycanlılar xilas edilib.

Bu barədə Avrasiya.net-ə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin sahil nəzarəti bölməsinə "Yamaha-55" markalı, "Mİ-912" bort nömrəli balıqçı qayığının mühərrikində yaranmış problemlə əlaqədar 2 nəfər heyət üzvünün köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi koordinatlar üzrə dərhal həmin istiqamətə göndərilib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində dənizdə köməksiz vəziyyətdə qalan Neftçala rayon sakinləri - 1977-ci il təvəllüdlü Rzayev Faiq Nadir oğlu və 1989-cu il təvəllüdlü Məhərrəmov Rauf Museyib oğlu sərhədçilər tərəfindən xilas edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər