Deputatın şirkətinə protokol yazıldı

Azərbaycan Dövlət Reklam Agentliyinin Lənkəran Regional Reklam İdarəsi "Embawood" MMC barəsində inzibati iş başlayıb.

Şirkətə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Sözügedən maddə reklam qanunvericiliyinin pozulması ilə bağlıdır. Maddədə hüquqi şəxslərin 5 min manatdan 10 min manatadək cərimə cəzası nəzərdə tutulur.

İş baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə "Embawood" MMC-nin reklam üçün müvafiq qurumlardan icazə aldığı diqqətə çatdırılıb.

Qarşı tərəf isə məhkəmədə iştirak etməyib.

Hakim Bəxtiyar Məmmədovun çıxardığı qərara əsasən şirkət barəsində inzibati işə xitam verilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Embawood" MMC-nin 11 iyun 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 3 750 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 15 A kimi göstərilən "Embawood" MMC-nin qanuni təmsilçisi Emil Vaqif oğlu Əliyevdir. Onun haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərən "Embawood"un təsisçisi deputat Məşhur Məmmədovdur. Bu fakt onunla bağlı bioqrafik məlumatlarda da yer alıb. O, 2020-ci ildən deputatdır. (Qaynarinfo)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər