ABŞ və İsrail məğlub olana qədər davam edəcəyik - İran
Dərc olunub:
Dünən, 15:56
İran ABŞ və İsrail məğlub olana qədər hücumları davam etdirəcək.
Bunu İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şekarçi deyib.
“Cavablarımız ABŞ və İsrail məğlub olana qədər davam edəcək. Əvvəlcədən xəbərdarlıq etmişdik ki, yanlış hesablamalar aparmasınlar. Onlara verəcəyimiz dərs 12 günlük müharibədən də böyük olacaq”, - Şekarçi vurğulayıb.
