"Ədalətin bərpa olunması sülhün tərkib hissəsidir”

Azərbaycan xalqının tarix boyu üzləşdiyi faciələrin ağır nəticələri xalqımızın yaddaşında dərin izlər buraxıb. Xüsusilə 30 ilə yaxın davam etmiş işğalın ağrılı mirası hələ də minlərlə ailənin taleyində, dağıdılmış torpaqlarda və itirilmiş insan həyatlarında öz izini saxlayır.

Bu reallığı nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsinin 75-ci ildönümünə həsr olunmuş yüksək səviyyəli tədbirdə Azərbaycan üç mühüm məsələ irəli sürmüşdür.

Birinci məsələ – münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılmasıdır. Bu günədək 4.000-ə qədər Azərbaycan vətəndaşı itkin düşmüş hesab olunur. Onların arasında 150 nəfər Xocalı sakini də var. Bu statistika sadəcə rəqəm deyil – hər biri bir ailənin yarımçıq taleyi, bitməyən gözləntisi, sükut içində çəkilən iztirabıdır. Ötən il itkin düşmüş şəxslərin ailələri ilk dəfə olaraq BMT-də görüşlər və aksiya keçirərək beynəlxalq ictimaiyyətə səsləndilər. Dünya birliyi bu məsələdə daha fəal iştirak etməli, ailələrə təsəlli və hüquqi aydınlıq gətirəcək mexanizmlərin gücləndirilməsinə çalışmalıdır. BMT-in itkinlər üzrə xüsusi məruzəçisinin təmin edilməsi üzrə müraciət isə hələ də icra olunmur.

İkinci məsələ – azad edilmiş ərazilərin minalardan təmizlənməsi və mina qurbanlarının reabilitasiyasıdır. Müharibə bitsə də, minalarla zəhərlənmiş torpaqlarda səssiz ölüm can almağa davam edir. Bu, insanların öz torpaqlarına təhlükəsiz qayıdışı və dayanıqlı inkişaf üçün əsas şərtdir.

Üçüncü məsələ – məcburi köçkünlərin öz ata-baba torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsidir. Bu proses yalnız fiziki köç deyil, həm də ədalətin bərpası və insan hüquqlarının təmin olunması deməkdir. Eyni zamanda, bu çərçivədə etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Qərbi Azərbaycana sülh yolu ilə qayıdış məsələsi də diqqət mərkəzində olmalıdır.

Xocalı memorial kompleksi soyqırım qurbanlarının əziz xatirəsini əbədiləşdirdi. İtkin düşmüş şəxslərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə də xüsusi bir abidənin ucaldılması və onların xatirəsinə həsr olunmuş rəsmi anım gününün təsis edilməsi məqsədəuyğun olardı. Bu, həm ailələrin ağrı-acısını bölüşmək, həm də gələcək nəsillərə ədalətin və humanizmin əhəmiyyətini çatdırmaq baxımından mühüm addım olar.

Davamlı sülh ərazi bütövlüyü ilə yanaşı, insan talelərinin bərpasından və müharibənin ağır nəticələrinin aradan qaldırılmasından keçir. Azərbaycan sülh gündəliyinə sadiq olaraq qalır, lakin ədalətin bərpa olunması da sülhün tərkib hissəsidir.

Milli Məclisin deputatı
Pərvanə Vəliyeva

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər