Tanınmış jurnalistə Türkiyə Güləş Federasiyasında vəzifə verildi

Tanınmış jurnalist və media rəhbəri Ali Kan Türkiyə Güləş Federasiyası (TGF) tərəfindən yeni vəzifəyə təyin edilib. Federasiyanın qərarına əsasən, Ali Kan Plaj Grappling & MMA Kurulu üzvü olaraq fəaliyyət göstərəcək.

Türkiyə Güləş Federasiyasının prezidenti Taha Akgül tərəfindən təqdim edilən sənəddə, ata idman növü olan güləşin daha güclü gələcəyə daşınması üçün göstəriləcək səylərin və töhfələrin önəmi vurğulanıb.

Bu təyinat, həm idman diplomatiyasının gücləndirilməsi, həm də güləş və döyüş idman növlərinin beynəlxalq səviyyədə inkişafına dəstək baxımından mühüm addım kimi qiymətləndirilir.

Uzun illər Türkiyə və Azərbaycan arasında media, ictimai və idman əlaqələrinin inkişafına töhfə verən Ali Kanın yeni vəzifəsində də mühüm layihələrə imza atacağı gözlənilir.

Bu qərar, güləş idmanının gələcək nəsillərə daha güclü şəkildə ötürülməsi istiqamətində atılan strateji addımlardan biri kimi dəyərləndirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər