"Qadın kişi bərabərliyi" adı ilə düşüncələrimizə nüfuz etdilər"

Bu anlayış qadınların dünyasına daxil olaraq onları fitrətlərindən uzaqlaşdırıb daxili yalnızlığa sürüklədi.
Bəli, qadın və kişi qanun qarşısında bərabər hüquq və azadlıqlara malikdir və bu hüquqlar dövlət tərəfindən eyni səviyyədə qorunur. Ailə münasibətlərində isə tərəflər bərabər statusa sahib olmaqla yanaşı, özünəməxsus hüquq və öhdəliklər daşıyırlar.

Bir zamanlar “yuva” anlayışında qadın qadın kimi, kişi kişi kimi qəbul edilirdi. Hər kəsin özünəməxsus təbii vəzifə öhdəlikləri var idi. Bu bölgü qarşıdurma deyil, tamamlanma üzərində qurulmuşdu.

Zaman keçdikcə qadının çiyinlərinə daha çox yük qoyuldu və buna “bərabərlik”, “azadlıq”, “bərabər fürsətlər” adı verildi.

İlk baxışdan bu şüarlar çox məntiqli və cəlbedici görünürdü.

Kim azad və dəyərli olmaq istəməz ki?!

Lakin bu prosesin arxasında fərqli məqsədlər dayanırdı. Məqsəd qadını gücləndirməkdən çox, ailə institutunu zəiflətmək idi. Nəticədə boşanmaların artması, ailə bağlarının zəifləməsi və uşaqların güvənsizlik mühitində böyüməsi kimi hallar sürətlə artmağa başladı.

Bu gün sual yaranır: "Qadın və kişi bərabərliyi qadına nə verdi?"

Kişilər zərif və onlara əmanət edilmiş qadının qarşısında öz məsuliyyətini itirdi. Qadına qayğı göstərmək əvəzinə həyatın ağırlığı qadına yüklədi. Ailədə kişinin gücü-məsuliyyəti, qadının zərafəti yox olmağa başladı.

Qadın öz zərif və axıcı təbiətini yaşamaq əvəzinə, həyat mübarizəsinin ağır yükünü daşımağa məcbur oldu.
Qadınlarda depressiya, qadın xəstəlikləri, qalxanabənzər vəzin xəstəlikləri və müxtəlif sağlamlıq problemlərinin artması müşahidə olunmağa başladı.

Əziz qadınlar, həqiqi güc rəqabətdə deyil, uyum və harmoniyadadır. Kişi və qadın bir-birini tamamladıqda bütövlük yaranır. Ayrılıq dağıdır, birlik isə şəfalandırır.
Seçim hər zaman insanın öz əlindədir. Tək ayaq üstə dayanmağa sərf edəcəyiniz enerjinizi parçalanmağa deyil, yuvanızı qurmağa və möhkəmləndirməyə sərf edin.

Sevgilərlə,

Mediator – Ailə və mənəvi inkişaf mentoru
Nərminə Qəribova

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər