Prezident Avropa Siyasi Birliyinin iclasında iştirak etməyəcək
Dərc olunub:
Bu gün, 10:38
Avropa Siyasi Birliyinin may ayında Ermənistanda keçiriləcək tədbirində Prezident İlham Əliyevin iştirakı gözlənilmir.
Avrasiya.net xəbər verir ki, bunu Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.
"Məndə olan məlumata görə, cənab Prezidentin sıx qrafikində belə bir iştirak gözlənilmir", - o bildirib.
Xatırladaq ki, Avropa İttifaqı Şurasının 8-ci sammiti 2026-cı il mayın 4-də İrəvanda keçiriləcək.
