İranda aksiyalarda 5 müəllim, 22 tələbə öldürülüb - Rəsmi
Dərc olunub:
Dünən, 21:20
İranda son etirazlar zamanı beş müəllim və 22 şagird həlak olub.
Axar.az xəbər verir ki, bu sözləri İran Təhsil Nazirliyinin sözçüsü Hüseyn Sadiqi deyib.
Qeyd edək ki, ötən il dekabrın 28-də inflyasiya və iqtisadi çətinliyə etiraz olaraq başlayan və yanvar ayının ilk ongünlüyündə genişlənərək, onlarla şəhəri əhatə edən aksiyalarda ümumiilikdə 3117 nəfərin öldüyü rəsmən elan edilib. Qeyri-rəsmi məlumatda isə aksiyaçılara qarşı silah tətbiqi nəticəsində qətlə yetirilənlərin sayının 30 mindən çox olduğu bildirilir.
