Tramp İranı hədələdi
Dərc olunub:
Dünən, 08:52
Qərarı mən qəbul edirəm, mən İranla razılaşma əldə etməməkdənsə, razılaşmanı üstün tuturam.
Bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Əgər biz İranla nüvə proqramı ilə bağlı razılaşma əldə etməsək, bu ölkə və təəssüf ki, onun xalqı üçün çox pis bir gün olacaq. Çünki onlar böyük və gözəldirlər və onlara qarşı belə bir pis şey baş verməməlidir", -Tramp ABŞ-ın İrana qarşı hərbi əməliyyat ehtimalına toxunaraq qeyd edib.
