“Parkur ilə hərəkət, zəka ilə qələbə” qrant layihəsinin yarımfinal mərhələsi uğurla keçirildi

Yarımfinal çərçivəsində iştirakçılar həm fiziki, həm də zehni bacarıqlarını nümayiş etdirmişlər. Parkur zolağında qurulmuş müxtəlif maneələrin sürətli, düzgün və təhlükəsiz şəkildə dəf olunması ilə yanaşı, iştirakçılar strateji düşünmə, ani qərarvermə və düzgün taktika seçimi bacarıqlarını da sərgiləmişlər.

Yarımfinal mərhələsində oyunların qurulmasına və təqdimatını həyata keçirmək üçün Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi və gənclərlə iş üzrə təlimçi Maarif Quliyev dəvət edilmişdir. Həmçinin oyunun icrası üçün baş hakim qismində fiziki tərbiyə müəllimi Elmir Ələkbərov, oyuna nəzarəti layihə eksperti Eldəniz Səttarov, idman mütəxəssisləri Azərbaycan Aikido və Budo Mərkəzinin Gəncə regional şöbəsinin rəhbəri, 6-cı dan qara kəmər ustası və təlimatçı Ramin Yusifov və Atletika idman növü üzrə beynəlxalq yarışlar qalibi Ruslan Hüseynov izləmişlər.

Yarımfinal mərhələsi iştirakçılar arasında sağlam rəqabət mühitinin formalaşmasına, idmana marağın artmasına və şagirdlərin fiziki-psixoloji inkişafına mühüm töhfə vermişdir. Final mərhələsinə vəsiqə qazanan iştirakçılar artıq həlledici mərhələyə hazırlaşırlar.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olan layihə Şəmkir şəhər Cahangir Rüstəmov adına tam orta məktəbin müəllimi Vüqar Xəlilov tərəfindən icra olunur. Layihənin əsas məqsədi şagirdlərin idman bacarıqlarının inkişafına, fiziki hazırlığın gücləndirilməsinə və müasir idman növlərinə marağın artırılmasına töhfə verməkdir.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər