"Trampın Ukrayna ilə bağlı səbrinin həddi var"
Dərc olunub:
Bu gün, 07:00
Prezident Donald Trampın Ukrayna münaqişəsinin nizamlanma tempi ilə bağlı səbrinin həddi var.
Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Prezidentin səbrinin sonsuz olduğunu düşünürəmmi? Xeyr, düşünmürəm”, – deyə Rubio qeyd edib.
Onun sözlərinə görə, Vaşinqton münaqişənin həlli prosesinin sürətindən narazı qala bilər.
