Təqaüdə göndərilən generala yüksək vəzifə verildi

Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qurbanov yenidən vəzifəyə gətirilib.

O, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin köməkçisi təyin edilib.

Son olaraq DSX Mərkəzi Aparatının rəisi vəzifəsində çalışan B.Qurbanov səhhəti ilə bağlı hərbi xidmətdən ayrılıb. General bundan sonra fəaliyyətini mülki işçi kimi davam etdirəcək.

Qeyd edək ki, B.Qurbanov İkinci Qarabağ müharibəsi zamanı şücaəti ilə seçilib. Müharibədən sonra ona “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı, sonradan general-mayor, bir neçə il sonra isə general-leytenant ali hərbi rütbəsi verilib.(Qafqazinfo)

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər