Azərbaycanda könüllü hərbi xidmət tələbləri dəyişir

Azərbaycanda hərbi xidmətə könüllü daxil ola və ya qəbul edilə biləcək şəxslərə dair tələblər dəyişir.

Avrasiya.net xəbər verir ki, məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Qüvvədə olan qanuna əsasən, əsgərlərin, matrosların və çavuşların müddətdən artıq həqiqi hərbi xidmətinə qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilirdilər.

Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmətə ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar qəbul edilə bilərlər.

Əsasnaməyə əlavə edilməsi təklif olunan qeyd hissədə isə vurğulanır ki, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil və ya orta ixtisas təhsili müəssisələrinə qəbul edilərkən 18 yaşı tamam olmayan şəxslərlə bağlaşma onların qanuni nümayəndələrinin valideyninin, övladlığa götürənin və ya himayəçinin yazılı razılığı ilə bağlanılacaq.

"Qeyd"də bildirilir ki, Azərbaycanın hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrini (xarici ölkələrin analoji ali təhsil müəssisələrini) müvəffəqiyyətlə bitirərək ilk zabit hərbi rütbəsi almış Azərbaycan vətəndaşı olan hərbi qulluqçular, habelə müvafiq icra hakimiyyəti orqanında zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan, bu maddənin birinci hissəsinin "q" bəndində göstərilən vətəndaşlar (hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar) birbaşa kadr zabit heyətinə keçiriləcəklər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər