Putin əmr etdi: Generalları qoruyun!

Putin əmr etdi: Generalları qoruyun!Federal Təhlükəsizlik Xidməti digər hüquq-mühafizə orqanları ilə birlikdə, Müdafiə Nazirliyi, hərbi-sənaye kompleksi müəssisələri, dövlət və bələdiyyə rəsmiləri üçün müdafiə səviyyəsini artırmalıdır. Bu, "Kiyev rejimi” tərəfindən daim təhdid edilən bütün vətəndaşlara aiddir.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) iclasında deyib.

Putin Rusiyanın sərhəd bölgələrində və Ukraynanın işğal olunmuş ərazilərində onların qorunması üçün xüsusilə səy göstərilməsini əmr edib. O, həmçinin terrorizmə qarşı mübarizənin gücləndirilməsini tələb edib.

Qeyd edək ki, bu açıqlama 23 fevral gecəsi Moskvanın Savelovski Stansiyası Meydanında yol polisi maşınının partladılması nəticəsində polis baş leytenantı Denis Bratuşenkonun ölməsi fonunda verilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər