Pekin–London gizli sövdələşməsi – Trampı qorxudan ssenari?

ABŞ prezidenti Donald Trampın Çinə səfəri gözlənilir. Şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsi, eləcə də ABŞ-ın İrana hərbi müdaxilə təhdidi fonunda Çinin mövqeyi təkcə iqtisadi baxımdan deyil, siyasi-hərbi baxımdan nəticəyə təsir edici amildir. Həm də ona görə ki, əsl hədəf elə Çinin özüdür.

ABŞ İrana şərtlərini qəbul etdirmək üçün hərbi təhdidlərdən istifadə edir, lakin onu narahat edən əsas məsələ İran, Çin və Rusiyanın hərbi təlimlərinin verdiyi mesajdır. Üçlü təlimlər açıq formada ABŞ-a hərbi-siyasi xəbərdarlıqdır ki, İran tək deyil və İranın müqaviməti daha tutarlı olacaq. Ona görə də Çinin İrana hərbi dəstəyi həmin reaksiyanın mümkünlüyünə işarədir. Əgər Çin açıq şəkildə ABŞ-a qarşı gedirsə, demək, kartlar açıq oynanılır. ABŞ-ın da İrana hücumda tərəddüdü buna əsaslanır. Ancaq ABŞ-ın İrana hücumdan çəkinəcəyi belə miqyaslı hazırlıqdan sonra o qədər də inandırıcı deyil. Hücumun gecikdirilməsi həm də ABŞ və İsrailin hazırlığının bitməsi ilə bağlı olduğu ehtimal edilir. AXİOS-un məlumatına görə, ABŞ İranın ali dini lideri Xameneini və onun siyasi varisi, oğlu Müctəbanı zərərsizləşdirmək niyyətindədir. Bu plan baş tutarsa İrana qarşı genişmiqyaslı və uzunmüddətli hərbi əməliyyatlar keçirilməyə bilər.
Dünəndən də Tehranda partlayış səslıri eşidilir.

Əslində, ABŞ-ın İranla bağlı həyata keçirmək istədiyi plan Çini enerji daşıyıcıları ilə təmin edən əsas üç ölkəni özünə tabe etmək üzrə ikinci mərhələdir. Yəni məqsəd Çini təchiz edən Venesuela, İran və Rusiyanın neft-qazı üzrə məhdudlaşdırılmasıdır. Venesuela tabe edildi, növbə İranındır, Rusiya isə üçüncü mərhələdir.

Böyük Britaniyanın baş naziri Kir Starmerin Çinə səfərindən sonra Münxendə Ukrayna və Çin nümayəndə heyətlərinin görüşməsi və Çin - Avropa yaxınlaşmasında praktik addımlar ABŞ və Rusiya üçün müəyyən risklərin ortaya çıxarır. Trampın Çin səfəri artıq zərurətdən irəli gəlir. Ancaq ABŞ-ın Çinə təqdim edəcəyi təklif maraqlı və cəlbedici olmaya bilər. Düşünürəm ki, prezident Trampın Çinə səfəri formal görüşlərdən başqa ciddi nəticə verməyəcək. Bu görüşdən iqtisadi razılaşmalar olsa da belə, müvəqqəti xarakter daşıyacaq.

Avropa ABŞ-dan fərqli olaraq Ukraynaya bütün maliyyə dəstəyini davam etdirir. Hərçənd, Trampın hakimiyyətə gəlişindən sonra Avropa, ümumiyyətlə Qərb Ukraynaya hərbi yardımını 40 faizə qədər azaldıb. Ancaq artıq Ukrayna öz gücü və hərbi potensialı daxilində Rusiyaya qarşı mübarizəsini davam etdirə bilər. Ukrayna prezidenti Zelenski elan etdi ki, Ukrayna ərazilərinin suverenliyi güzəşt mövzusu ola bilməz. NATO-nun keçmiş katibi Yen Stoltenberq də açıqlamasında Ukraynaya gec və vaxtında hərbi dəstəyin verilməməsini səhv adlandıraraq, 2014-cü ildən Rusiyanın qarşısını almağın mümkün olduğunu bildirib.

Donald Trampın Çinə gözlənilən səfəri əsasən Rusiya İran, Avropa ilə bağlılığ özünü qabarıq göstərir. Çinin hazırki, enerji təhcizatçıları ilə bağlı ABŞ - ın niyyəti də gizli deyil. Alternativ kimi ABŞ Çinə Venesuela və öz neftini təklif edə bilər. Həmçinin, İranla aparılan gizli danışıqlar nəticəsində İran neftinin ABŞ şirkətlərinin nəzarətinə keçməsi halında, Vaşinqton Çinin İran nefti ilə təchizatını da öz üzərinə götürə bilər.

İnandırıcı olmasa da, belə bir ehtimal var ki, Böyük Britaniya Çinə elə bir təklif irəli sürə bilər ki, Çin imtina etməz. RAND Corporation kimi analitik mərkəzlərin təqdim etdiyi strateji ssenarilərə görə (think-tank), Rusiyanın parçalanması ehtimalında Çin “tarixi torpaqlar”ını və təbii ehtiyatları əldə edə bilər. Düşünürəm ki, bütün hallarda Böyük Britaniya ilə Çinin sövdələşməsi mümkündür, nəinki ABŞ-Çin. Artıq Donald Tramp ABŞ-ın daimi müttəfiqi Britaniyanı özünə rəqibə çevirib. Hətta Trampın postundan gedişindən sonra Qərbin ABŞ-a etimadının diplomatik səviyyədə bərpası mümkün olsa da, strateji xarakterinin geri dönüşü şübhəli qalacaq.

Vüqar Dadaşov

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər