Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Fevral ayının 26-da Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət etmiş, struktur qurumlarda və hərbi hissələrdə silsilə tədbirlər keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının, eləcə də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyi, 1994-cü ildə məhz Dahi Öndərimizin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevral tarixini Xocalı soyqırımı günü kimi elan edildiyi şəxsi heyətin diqqətinə çatdırılıb.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ardıcıl və qətiyyətli siyasəti nəticəsində bu faciənin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm işlər görülüb.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı qələbə qazanılmış, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilmiş, Xocalı soyqırımı qurbanlarının qisası döyüş meydanında alınaraq tarixi ədalət öz yerini tapıb.

Anım tədbiri çərçivəsində Xocalı soyqırımına həsr olunmuş foto və kitab sərgiləri, faciə şahidlərinin çıxışları əsasında hazırlanmış “Danışır Xocalı” adlı sənədli film nümayiş etdirilib.




Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər