Tramp Xameneiyə sui-qəsd planını nəzərdən keçirir
ABŞ hakimiyyəti İranın ali lideri Ayətullah Əli Xameneinin aradan götürülməsi məqsədilə sui-qəsd planını nəzərdən keçirir.
Modern.az xəbər verir ki, bu barədə "Politico" mənbələrə istinadən məlumat yayıb.
ABŞ prezidenti Donald Trampın müşavirləri ABŞ-ın İranı bombalayacağına əmindirlər. Başqa bir mənbəyə görə, ABŞ həmçinin Tehranın nüvə obyektlərinə zərbələr endirməyi də nəzərdən keçirir.
Qəzetin məlumatına görə, Vaşinqton administrasiyasına yaxın olanlar İsrailin İrana ilk zərbəni endirməsinin ABŞ üçün daha sərfəli olacağına inanırlar. Onların fikrincə, mümkün İsrail hücumu Vaşinqtona münaqişəyə girmək üçün bəhanə verəcək bir reaksiya doğuracaq.
Mənbələrdən biri qəzetə bildirib ki, Tramp Administrasiyasında İsrailin ilk zərbəni endirməsinin siyasi cəhətdən sərfəli olacağını, iranlıların da eyni şəkildə cavab verəcəyini və bunnun onlara hərəkət etmək üçün daha çox stimul verəcəyini düşünürlər.
Rəsmilər hesab edirlər ki, əgər İran ABŞ müttəfiqinə qarşı güc tətbiq edərsə, Amerika seçiciləri İranda hərbi əməliyyatları daha çox dəstəkləyəcəklər. Lakin nəşrin mənbələri razılaşırlar ki, ABŞ-İsrail birgə zərbəsi ən çox ehtimal olunan ssenari olaraq qalır. Vaşinqtondakı İsrail səfirliyi nəşrin hesabatı ilə bağlı şərh verməkdən imtina edib.
