Dənli taxıl sahələrində fitosanitar monitorinq aparılıb

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən İnstitutun təcrübə sahəsində dənli taxıl əkin sahələrində fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə müşahidələr aparılıb.

İnstitutdan Avrasiya.net-ə verilən məlumata görə, aparılmış monitorinqlər zamanı siçanabənzər gəmiricilərin, o cümlədən ictimai çöl siçanının (Microtus socialis A.) yayılma səviyyəsi, işlək yuvaların sayı qiymətləndirilmişdir. Əkin sahələrinin kənar zolaqlarında və ot örtüyü sıx olan hissələrdə ayrı-ayrı işlək yuvalar qeydə alınmış, lakin populyasiya sıxlığının iqtisadi zərər həddini keçmədiyi müəyyən edilib.

Eyni zamanda torpaq zərərvericilərinin mövcudluğunun öyrənilməsi məqsədilə torpaq qatında müayinələr aparılıb.

Tədqiqatlar zamanı hava şəraitinin zərərvericilərin inkişaf dinamikasına təsiri təhlil edilmiş, temperatur və rütubət göstəricilərinin mövsümi dəyişməsi nəzərə alınmışdır. Əldə olunan nəticələr əsasında profilaktik aqrotexniki tədbirlərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Fitosanitar vəziyyət nəzarətdə saxlanılır və müşahidələrin nəticələrinə uyğun olaraq zərurət yarandıqda operativ mübarizə tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər