Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Bakıda Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında bildirib.

"Biz bilirik ki, Azərbaycanda rus dilinə nə qədər qayğı ilə yanaşılır – o, məktəblərdə tədris olunur. Həmçinin universitetlərimiz arasında əlaqələrin gücləndirilməsinə marağı da görürük. Dünən Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində yeni Rusiya-Azərbaycan universitetinin yaradılması məsələsi müzakirə olunub", - A.Overçuk qeyd edib.

Onun sözlərinə görə, rus dilinin yayılması sahəsində qarşılıqlı fəaliyyət mövzuları da müzakirə edilib.

"Lakin öz tərəfimizdən başa düşürük ki, Rusiyada da Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var və biz buna kömək edəcəyik. Bundan əlavə, biz Azərbaycan Respublikasını Rus Dili üzrə Beynəlxalq Təşkilata qoşulma imkanını nəzərdən keçirməyə dəvət etdik", – vitse-premyer vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər