DİN yanında İctimai Şuranın 2026-2028-ci illər üçün Fəaliyyət Planı qəbul edilib

Aprelin 17-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilmişdir. İclasda Şuranın iclasının gündəlyi təsdiq olunmuş, ilk olaraq 2026-2028-ci illər üçün Fəaliyyət Planının layihəsi müzakirəyə çıxarılmışdır.

DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev qeyd etmişdir ki, Şura üzvlərinin təklifləri əsasında Fəaliyyət Planı layihəsi hazırlanıb. O, bildirib ki, qarşıda duran əsas vəzifə Şuranın fəaliyyətini daha da gücləndirməkdir. “Cəmiyyətlə dövlət arasında əlaqə yalnız dialoqla yox, nəticə ilə ölçülür”, – deyə Ə.Nuriyev vurğulayıb.

Nəzərdə tutulan tədbilər İctimai Şuranın səmərəli və nəticəyönümlü fəaliyyət göstərməsi üçün geniş imkanlar yaradır. Qanunun aliliyi, şəffaflıq, obyektivlik, peşəkarlıq və dövlət–cəmiyyət əməkdaşlığının gücləndirilməsi prinsiplərini əsas götürən Fəaliyyət Planı 8 istiqamət üzrə tədbirləri və təşəbbüsləri müəyyənləşdirir.

Geniş müzakirələrdən sonra Fəaliyyət Planı qəbul edilmişdir.

Həmçinin İctimai Şuranın 5 işçi qrupu – Monitorinq və nəzarət, Şəxsi heyətlə iş, Koordinasiya, Təhlil, Təhsil və gənclərlə iş üzrə işçi qrupları yaradılmış, onların üzvləri seçilmişdir.

Sədr Əliməmməd Nuriyev ölkəmizdə təşkil olunacaq Ümumdünya Şəhərsalma Forumu (WUF 13) ərəfəsində DİN və İctimai Şuranın tərəfdaşlığı ilə “Təhlükəsizlik və şəhərsalmanın müasir çağirişlari” mövzusunda ictimai dinləmənin təşkili planları ilə bağlı məlumat vermiş, tədbirin məqsədi, formatı və gündəliyi barədə təkliflərini səsləndirmişdir. İctimai dinləmənin keçirilməsi barədə təklif İctimai Şura tərəfindən qəbul edilmişdir.

Cari məsələlərin müzakirəsində İctimai Şuranın sədri Əliməmməd Nuriyev, Şuranın sədr müavini Fərhad Süleymanov, Şuranın katibi İxtiyar Hüseynli, üzvlər İbrahim Zeynalov, Mehriban Zeynalova, Zaur Məmmədov çıxış edərək qarşıdakı dövrdə fəaliyyətin daha da təkmilləşdirilməsi və genişləndirilməsi ilə bağlı təkliflərini bildirmişlər.

Ictimai Şuranın İclasında Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin bölmə rəisi Elsevər Həsənov iştirak etmişdir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər