Bəxtiyar Vahabzadə
Hazırlayan : Nebil KÜZECİ
Kerkük – IRAQ
2026
Mahmud oğlu Bahtiyar Vahabzade, 16 Ağustos 1925 tarihinde Şeki'de doğdu. 9 yaşında ailesiyle beraber Bakü'ye taşındı. İlk ve orta öğrenimini bu şehirde tamamladı. 1942 yılında girdiği Bakü Devlet Üniversitesi Filoloji Bölümü'nden 1947 yılında mezun oldu ve aynı bölümde öğretim üyesi olarak ders vermeye başladı. 1964 yılında tamamladığı S.Vurğunun hayat ve yaradıcılığı isimli monografisi ile filoloji doktoru ünvanını aldı.
1980 yılında Azerbaycan İlimler Akademisi üyeliğine seçilen Vahabzade, 1990 yılında emekli olana kadar üniversite de ders vermiştir.
Vahabzade, 1960'larda başlayan özgürlük hareketlerinin öncülerindendir. Bu konuda kaleme aldığı 1959 tarihli Gülistan isimli şiirinde, ikiye bölünen (İran ve Rusya) Azeri halkının yaşadığı felaketleri anlatmıştır. Adı geçen eserinde dolayı 1962 yılında iki yıllığına üniversitedeki görevinden uzaklaştırılmıştır.
Kardeş Azeri halkının sıkıntılarını konu ettiği pek çok eserini yurtdışına kaçırarak yayınlanmasını sağlamıştır.
Eserlerinde Azeri Şivesini en temiz şekilde kullanmaya özen gösteren ve halkının duygularına tercüman olan Vahabzade Azerbaycan'da Halk Şairi adıyla anılır.
1995 yılında Azeri özgürlük mücadelesindeki hizmetlerinden dolayı İstiklal nişanı ile ödüllendirilmiştir. Ülkesinin özgürlük simgelerinden biridir. Vahabzade 1980-2000 yılları arasında 5 defa milletvekili seçilmiştir.
13 Şubat 2009 tarihinde Azerbaycan'ın başkenti Bakü'deki evinde vefat etti.
Şiirlerinden Örnekler:
Vətən
Çağırır indi bütün milləti imdada Vətən,
Dəyişilməz ey oğul, cənnətə dünyada Vətən.
Bizə meydan oxuyan bilməlidir birdəfəlik,
Nə satılmaz, nə verilməz binədən yada, Vətən.
Sine altında gərək qəlb kimi hər an döyünə,
Yana ulduz kimi hər sözdə, hər imzada Vətən.
Vətən eşqindən ucalsın bütün istəklərimiz,
Yaşasın arzuda, məqsəddə, təmənnada Vətən.
Ulular uymadı var-dövlətə, yalnız dedilər:
-Ən böyük bəxşişimiz bizdən hər övlada: ! Vətən
Vətən eşqindən alar Bəxtiyar öz qüdrətini
Döyünər qəlbi kimi hər yeni misrada Vətə.
1994
VƏTƏN VAR
Hardaysa bu dəmdə
Dəryada batan var.
Vardırsa köməksiz
Fəryada çatan var.
Dünyada alandan.
Əvvəlcə satan var.
Atəş öz-özündən
Birdən-birə yanmır.
Bir şey bu cahanda
İzsiz və səbəbsiz
Bihude yaranmır.
Vardırsa, yaranmış,
Mütləq yaradan var.
Varsansa... özündən
Əvvəlcə atan var.
Dünya quru bir səs,
Qəm çəkməyə dəyməz.
Yüz-yüz iten olsun,
Min-bir də bitən var.
Şükr eylǝyǝlim ki,
Bizlərdən həm əvvəl,
Həm sonra Vətən var.
YAZIQ VƏTƏN
Bir ananın övladıyıq biz hamımız
Bizi biri-birimizdən ayrı saldı
Məqsədimiz, məramımız.
Beynimizdə tağ atınca
Fikirlərin neçə rəngli göy qurşağı
Meydan açdı cəbhələrin solu, saği.
Kölgələndi, üstələndi
Qan birliyi, can birliyi,
din birliyi.
Cilalandı
Fikir,
Şüur,
yön birliyi.
Hardan çıxdı qarşımıza qara pişik?
Bu gün biri-birimizə
Qatı düşmən kəsilmişik.
Bu gün vahid anamızı
hərə çəkir bir tərəfə.
Kinimizi, eşqimizi
tuşlamırıq bir hədəfə.
Olan olub, torba dolub
Əsl düşmən unudulub.
Amma biri-birimizlə didişirik.
Söküb köhnə palan içi, gor eşirik.
Ömrüm boyu istəmişəm
fikirlərin min rəngini-
Duyğuların çələngini.
Amma bu gün düşünürəm:
Bu fikirler toqquşması
Vətənimin xeyrinəmi?
Yox! Savaşlar qarşısına
Siper etmək istəyirəm öz sinemi!
Bizim biri-birimizə kinimizdən
Bulanıbdır dağlardakı sərçeşmələr.
Anlamıram bu məqamda
Gǝrǝkmidir bir bu qədər çəkişmələr?
,
Sən də övlad, mən də övlad
Sen de insan, men de insan
Doğulmuşuq bir anadan,
Qanda birik, canda birik
Anaraızın xatirinə
Bəs niyə biz bir məxrəcə gələmmirik?
Atam oğlu, niyə qardaş bağındakı
Gülü deyil, kolu gördün?
Öz gözündə tiri deyil,
Qardaşının gözündəki qılı gördün?
İş gücümüz didişməkmi?
Leş üstündə didişerler... Vətən leşmi?
Bölünməmiş nəyimiz var? O Vətəndir!
O, həm səndir, o həm məndir.
Necə bölək məni, səni?
Necə bölək bu Vətəni?
Yarı mənim, yarı sənin?
O, meyvəli bir ağacdır
Adı mənim, barı sənin?
Razisanmı bu bölgüyə?
Razisansa, gəl, barışaq.
Qarğa kimi leş üstünə gəl, darışaq.
Utanıram bu sözümden
Əfv et məni,
yazıq Vətən, yazıq Vətən!
Fəryad çəkən bu ananı düşünən yox!
Öz dərdinin atəşinə
Qalananı düşünən yox!
Hər ikisi "mənəm" - deyir
İqtidara yetişməkdən
Ayrı bir şey düşünməyir-
Coşan qəlblər, qızan başlar.
Hakimiyyət davasıdır bu savaşlar.
Vətənçin gün ağlamayır
. Ne o tǝrǝf, nə bu tərəf
Bu Vətəni
Dədəsindən ona qalan əmlak sayır
. Həm o tǝrǝf, həm bu tǝrǝf
Hər biri öz peşəsində
Namus ilə çalışanlar
Bu Vətənin dərdi ilə alışanlar
İkisinin arasında
Qalib ancaq yana-yana
Müfxalifdir həm o yana, həm bu yana.
Mart, 1998.
