İran zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazırdır

"İran ABŞ ilə danışıqlarda bütün zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşıb".

"Report" xəbər verir ki, bu barədə Omanın xarici işlər naziri Bədr əl-Busaidi "CBS News"a verdiyi müsahibədə bildirib.

O, aydınlıq gətirib ki, bu, Vaşinqtonun nüvə proqramı ilə bağlı razılaşma əldə etmək üçün Tehrana qarşı əsas tələblərindən biridir.

"Mövcud ehtiyatlara gəldikdə, inanıram ki, artıq onların mümkün olan minimum səviyyəyə - neytral, təbii səviyyəyə qədər emal ediləcəyi barədə razılığa gəlinib. Yəni, onlar yanacağa çevriləcək və bu yanacaq geri dönməz olacaq", - nazir bildirib.

Nazir əlavə edib ki, İran MAQATE müfəttişlərinə nüvə obyektlərinə giriş imkanı verməyə razılıq verib. Onun sözlərinə görə, ABŞ və İran arasında razılaşma əldə etmək mümkündür, lakin bəzi detalları dəqiqləşdirmək üçün bir az daha vaxt lazımdır.

"The Wall Street Journal" qəzetinin məlumatına görə, ABŞ danışıqlar zamanı İrandan Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərini sökməyi, eləcə də bütün zənginləşdirilmiş uranı ixrac etməyi tələb edib.

İran hökumətinin informasiya şurasının rəhbəri Elias Həzrəti bildirib ki, İran "heç nə ixrac etməyəcək" və "ölkənin ehtiyaclarına uyğun olaraq" uranı zənginləşdirməyə davam edəcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər