Hizbullah İsraillə müharibəyə başladığını bəyan etdi
Livanın Hizbullah radikal qruplaşması İsraillə müharibəyə başladığını bəyan edib.
Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Qruplaşmanın bəyanatında vurğulanıb ki, onlar daha əvvəl dəfələrlə addımları cavabsız qoymağın mümkünsüzlüyü barədə xəbərdarlıq ediblər. Endirilən zərbələr "müdafiə tədbiri və qanuni hüquq" adlandırılıb.
Bundan əlavə, Hizbullah ötən gecə İsrail ərazisinə pilotsuz uçuş aparatlarının buraxılmasına görə məsuliyyəti öz üzərinə götürüb.
Eyni zamanda, qruplaşma Meron dağındakı hava hərəkətinin idarə edilməsi bazasına və Ramat-David hərbi hava bazasına zərbələr endirdiyini bəyan edib.
Bildirilib ki, səhər saatlarında İsrail Ordusunun Qolan yüksəkliklərindəki bazası raket atəşinə tutulub.
Öz növbəsində, İsrail tərəfi son bir saat ərzində bütün raket atışlarının İran ərazisindən həyata keçirildiyini bəyan edib.
İsrail Müdafiə Ordusunun məlumatına görə, Livandan buraxılmış iki pilotsuz uçuş aparatı ələ keçirilib.
